vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
11:24 | 28 avqust 2024 | Çərşənbə Məqaləyə 206 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya neft anbarında yanğın

Yanacaqla dolu çənlər PUA-nın çırpılması nəticəsində alışıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın bəzi “Telegram” kanalları bu gün (28 avqustda) bildiriblər ki, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) hücumu nəticəsində Rusiyanın Rostov vilayətinin Kamenski rayonundakı neft anbarındakı bir neçə neft çəni alışıb.

Rostov qubernatoru Vasili Qolubev “Telegram”dakı açıqlamasında Ukraynanın bölgə üzərindən göndərdiyi 4 PUA-nın məhv edildiyini yazıb, lakin neft anbarına hər hansı hücumdan bəhs etməyib. Rusiya təhlükəsizlik xidmətlərinə bağlı olan Baza adlı “Telegram” kanalı iki PUA-nın neft çəninə dəyməsi nəticəsində yanğın yarandığını bildirib.

Media bu xəbərləri müstəqil şəkildə yoxlaya bilməyib. Ukraynadan da hələlik heç bir şərh yoxdur.

Hücum Rusiyanın “Telegram” kanallarının Proletarsk vilayətindəki Rostovdakı başqa bir neft anbarının hücumdan təxminən 10 gün keçməsinə baxmayaraq hələ də yandığını bildirdiyi vaxt baş verib.