vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
19:26 | 2 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 154 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Konstitusion öhdəlikdir”

Polşadan sərt cavab, Rusiya raketlərini vura bilərik

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO ölkəsi Polşa öz milli təhlükəsizliyi üçün Ukrayna üzərində Rusiya raketlərini vurmaq hüququna malik olduğunu iddia edib. Polşa bəyan edib ki, öz milli təhlükəsizliyi üçün Ukrayna üzərində Rusiya raketlərini vurmaq “konstitusion öhdəlikdir”.

Xarici işlər naziri Radoslav Sikorski “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Rusiya raketləri onların hava məkanına daxil olmazdan əvvəl dayandırılmalıdır. NATO-nun etirazına baxmayaraq, hava məkanının qorunmasının hər şeydən daha vacib olduğunu qeyd edən Sikorski, “NATO-ya üzvlük öz hava məkanımızı qorumaq məsuliyyətini ortadan qaldırmır”, – deyib.

Sikorski, Rusiya raketlərinin Polşa hava məkanına daxil olmazdan əvvəl Ukrayna üzərində vurulmasının özünümüdafiə olacağını bildirib.

Ötən həftə Polşa Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücum etdiyi bir vaxtda Ukrayna istiqamətindən onun hava məkanına “naməlum uçan obyekt”in daxil olduğunu bildirmişdi.