vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
21:48 | 3 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehrandan Londona etiraz

Üç iranlının sanksiya siyahısına düşməsi rejimi hiddətləndirib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Böyük Britaniyanın son sanksiyalarına cavab olaraq bu ölkənin Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Böyük Britaniyanın “Tehranın regionda sabitliyi pozan fəaliyyətləri” səbəbilə sanksiya siyahısına 3 iranlı şəxsi və 1 hərbi birliyi əlavə etməsindən sonra İran bu ölkənin paytaxtdakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.

İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Britaniyalı diplomata məlumat verilib ki, sözügedən sanksiya qərarı Böyük Britaniyanın yeni hökumətinin İranla əməkdaşlıq və qarşılıqlı fəaliyyət niyyətinə ziddir.

Bölgədəki etibarsızlığın mənbəyinin İsrail olduğu, İngiltərə başda olmaqla bəzi ölkələrin İsrailə dəstək verməsinin bölgədə qeyri-sabitlik və etibarsızlığın əsas səbəbi olduğunu bildirilib.

Böyük Britaniyanın müvəqqəti işlər vəkili Tehranın mövqeyini ölkəsinə çatdıracağını bəyan edib.

Dünən Britaniya Xarici İşlər Nazirliyi Tehranın Böyük Britaniya, İsrail, İraq, Yəmən və Livanda sabitliyi pozan “düşmənçilik” fəaliyyəti ilə məşğul olduğunu iddia edərək, üç iranlı şəxsi və İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds Qüvvələrinə bağlı “Unit 700” bölməsini sanksiyalar siyahısına daxil etdiyini elan etmişdi.