vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ASİYA  
12:16 | 9 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Banqladeşdə qaçqın dalğası

Müvəqqəti hökumət rohincaların başqa ölkəyə köçürülməsini sürətləndirməyə çağırır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Banqladeşin müvəqqəti hökumətinin prezidenti, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus dünən (sentyabrın 8-də) verdiyi bəyanatda Myanmadan qaçan və hazırda Banqladeşdə məskunlaşan Rohinca müsəlmanlarının üçüncü ölkəyə köçürülməsinin sürətləndirilməsinə çağırıb.

Bu çağırış Myanmanın Raxayn əyalətində artan zorakılıqlardan qaçan yeni qaçqın dalğasından sonra edilib.

Myanmada hakim hərbi xunta ilə ölkənin buddist əksəriyyətindən ibarət güclü etnik silahlılar olan Arakan Ordusu arasında gərginləşən qarşıdurma nəticəsində son aylarda 8 minə yaxın Rohinca müsəlmanı Banqladeşə qaçıb.

Köçürülmə səylərini gücləndirmək çağırışı Yunusla Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə görüşdə edilib və o, köçürmə prosesinin asan, nizamlı və əngəlsiz olması lazım olduğunu deyib.

Yunusun ofisindən verilən açıqlamaya görə, Beynəlxalq Miqrasiya Təşkilatının Banqladeş şöbəsinin rəhbəri Abdulsəttar Esoev Rohingyaların üçüncü ölkəyə köçürülməsinin 12 illik fasilədən sonra 2022-ci ildə yenidən başlandığını, lakin bu il sürət qazandığını bildirib.

Banqladeşin xarici işlər naziri Məhəmməd Tohid Hüseyn keçən ay “Reuters” agentliyinə demişdi ki, ölkəsi daha Rohinca qaçqını qəbul edə bilməz. Hüseyn Hindistan və digər ölkələri zorakılıqdan qaçanları qəbul etməyə çağırıb.