... Hindistandan ABŞ-a təzyiq
Keçmiş baş naziri Hasinanı hakimiyyətdə saxlamaq üçün ...
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Banqladeşdə qaçqın dalğası
Müvəqqəti hökumət rohincaların başqa ölkəyə köçürülməsini sürətləndirməyə çağırır
-
Banladeşin daha bir dərdi – dang qızdırması
Bir gündə 463 nəfər xəstəxanaya yerləşdirilib
-
Banqladeşdən Hindistana ağır tələb
Dəkkə ölkədən qaçan baş nazirin ekstradisiyasını istəyir
-
8 min nəfər Banqladeşə qaçıb
Myanmada müsəlmanlara qarşı soyqırımı davam edir
-
Dəkkə Hasinanı tələb etsə, Hindistan nə edəcək?
Ölkəsindən qaçan siyasətçi Yeni Dehli administrasiyasına problem yaradıb
-
Apardı sellər dünyanı
Daşqınlar nəticəsində 100-ə yaxın ölü, yüzlərlə yaralı var, milyonlarla insan blokadada qalıb
-
Nobel mükafatçısı keçid hökumətinə gətirilir
Məhəmməd Yunus Fransadan Banqladeşə çağırılıb
-
Qəfil istefa siyasi boşluqlar yaradacaq
Etirazlar Banqladeşin baş nazirini necə devirdi?
-
Banqladeşdə gərginlik azalmır
Ölü sayı 105-ə çatıb, ölkə boyu fövqəladə vəziyyət elan olunub
-
Hindistan və Banqladeşdə selə təslim oldu
Daşqınlar onlarla insanın ölümünə səbəb olub
-
Myanmarda yaşananlar
Geosiyasi rəqabətdə irqçi maşalar...
-
Niyə məhz indi?
Myanmarda müsəlmanların soyqırımının səbəbi nədir?
-
«Aunq San Suu Kyi «işə qarışmalıdır»»
Qaçqın axının qarşısını almaq mümkün deyil
-
Yunanıstan və Türkiyədə zəlzələ baş verib
Nayrobinin gecəqondu binası uçub
-
Hindistan rəsmilərinin Banqladeşin keçmiş baş naziri Şeyx Hasina Vacidə təzyiqləri azaltmaq və hakimiyyətdə qalması üçün amerikalı həmkarları ilə görüşdüyü iddia edilib.
“Washington Post” qəzeti görüşün yanvarın 7-də Banqladeşdə keçirilən ümumi seçkilərdən əvvəl, ölkədə seçkilərlə bağlı təzyiqlərin artmasının ardından bir il əvvəl baş tutduğunu bildirib.
Hindistan rəsmiləri Banqladeşdə keçiriləcək seçkilərdən narahat olduqlarını bildirərək, Hasinanın əvəzinə müxalifətin qalib gələcəyi təqdirdə Hindistanın təhlükəsizliyinin təhlükə altında olacağı fikrini bildiriblər.
Prezident Co Bayden administrasiyasının Banqladeş polisi və məmurlarına 2021-ci ildə insan haqlarını pozduqlarına görə sanksiya tətbiq etmək qərarına və onun Banqladeşdə seçkilər öncəsi tənqidlərinə baxmayaraq, ABŞ rəsmiləri ilə görüşən Hindistan hökumətinin müşavirlərindən biri “Siz bunu Bu məsələ demokratiya baxımından qiymətləndirirsiniz. Amma bizim üçün problem daha ciddidir”, – deyib.
***
Hasinanın qələbəsi ilə başa çatan ümumi seçkilərdən sonra iyul ayında baş verən şiddətli etirazlardan sonra ölkəsini tərk edərək Hindistana getməsi ABŞ və Hindistanın Banqladeşdəki siyasətlərini yenidən nəzərdən keçirməsinə səbəb oldu.
ABŞ-nin bəzi rəsmiləri Hasinaya qarşı daha sərt münasibət göstərilməli olduğunu iddia edərkən, digərləri Hasinanı daha da uzaqlaşdırmağın təhlükəli ola biləcəyini irəli sürüblər.
Digər tərəfdən, Dehlidəki bəzi rəsmilər Hindistanın Banqladeşdəki vəziyyəti yanlış qiymətləndirdiyini və bu səbəbdən də uzun müddət Hasinanı dəstəklədiklərini etiraf edərkən, Vaşinqtonlu rəsmiləri Hasinanın ölkəni tərk etməsində ABŞ-ın rolu olduğu iddialarını qəti şəkildə rədd ediblər.
***
Tələbələrin rəhbərlik etdiyi etirazlar 1971-ci ildə Banqladeşdə Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladlarına dövlət kvotalarının ayrılması qərarından sonra iyulun ortalarında başlayıb.
İyulun sonunda Ali Məhkəmənin kvota dərəcələrini azaltması ilə etirazların başa çatdığı açıqlanıb.
Nümayişlərdəki zorakılıqlara görə məsuliyyət daşıyan Camaatı İslam Partiyası və onun tələbə qanadının fəaliyyəti qadağan edildikdən sonra küçələrə çıxan etirazçılar bu dəfə nümayişlərdə həyatını itirənlərə “ədalət” çağırışı ediblər.
Banqladeşdə nümayişlər zamanı yüzlərlə insan həyatını itirib, minlərlə insan isə zorakılıq nəticəsində saxlanılıb. Zorakılıq hadisələri artmaqda davam edərkən, baş nazir Şeyx Hasina rəsmi iqamətgahını tərk edərək hərbi helikopterlə Hindistana qaçıb, nümayişçilər isə Baş nazirin rəsmi iqamətgahına basqın ediblər.
Siyasi partiya nümayəndələri ilə görüşən Banqladeş ordusunun komandanı general Vaker-Uz-Zaman Hasinanın istefa verdiyini və müvəqqəti hökumətin qurulacağını açıqlayıb.
Nobel mükafatı laureatı Məhəmməd Yunus avqustun 8-də müvəqqəti hökumətin başçısı kimi and içərək vəzifəsinin icrasına başlayıb.