Kasıb ölkə Papanın səfərinə sərvət xərcləyib
Fransiskin Şərqi Timora gəlməsi üçün 12 milyon büdcə ayıran hökumət tənqidlərə tuş gəlib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Belçika utanmalıdır”
Papa Fransisk kilsə ilə bağlı qalmaqallara görə yalvarmalıdırlar
-
Papadan hərbi xuntaya çağırış
Fransisk devrilmiş Myanma liderinə sığınacaq təklif edib
-
Papa yanılır...
Fransiskin Xocalıda törədilən qətliamdan xəbəri varmı?
-
21 nəfərin qətli Roma Papasının ürəyini ağrıdıb
16-cı Fransis silah satışlarına ciddi nəzarət edilməsinə çağırıb
-
Fransisin “şıltaq” dizi
Roma Papasının tekila şərhi sosial şəbəkələrdə viral olub
-
Roma Papası VI Qlobal Bakı Forumuna məktub göndərib
Fransisk tədbir iştirakçılarına müraciət ünvanlayıb
-
Ərdoğan niyə Vatikana yollandı?..
Yadud «Bu da sizin Avropa...» qınağının qarşısında acizlik
-
Roma Papası məhbusların ləyaqətinə hörmət etməyə çağırıb
Fransis azadlıqdan məhrum edilənlərin iştirakı ilə dua mərasimi keçirib
-
Roma Papası qadınlara qarşıdır?
«Onlar heç vaxt rahib ola bilməzlər»
-
Mahçupyan Türkiyəni mahçup etdi
Davudoğlunun müşaviri: «1915-ci ildə baş verənlərə soyqırım deməmək imkansızdır»
-
«Toz basmış məsələyə diqqət verən Roma Papası...»
Məlahət İbrahimqızı: «Avropa ölkələrində külli miqdarda korrupsiya faktı var»
-
«8 mindən çox uşaqbaz keşiş var»
Papadan şok açıqlama: «Kilsə iyrəncliyə tutulub»
-
Roma Papası mafiyaya qarşı
Fransis: «Kilsənin qapıları o kəslərin üzünə bağlıdır»
-
Vatikanda Quran sədaları (VİDEO)
Roma papası Fransis İsrail prezidenti ilə Fələstin liderini qəbul edib
-
Şərqi Timor hökumətinin katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransiskin ölkəyə səfəri üçün 12 milyon dollar büdcə ayırması kəskin qarşılanıb.
2013-cü ildən Katolik Kilsəsinin 266-cı Papası kimi vəzifəsini icra edən Papa Fransisk Cənub-Şərqi Asiya turunun üçüncü hissəsində Şərqi Timora gəlib. Bildirilib ki, Roma Papası ölkənin paytaxtı Dilidə hökumət rəhbərləri ilə görüşlər keçirəcək.
Digər tərəfdən, hüquq müdafiəçiləri Papanın səfərini tənqid ediblər. Çünki bu səfər əhalisinin demək olar ki, yarısı yoxsulluq həddinin altında yaşayan ölkəyə təxminən 12 milyon dollara başa gəlib.
Şərqi Timor İnkişaf Monitorinq və Təhlil İnstitutunun tədqiqatçısı Marino Fereyra səfər üçün ayrılan büdcənin “şişirdilmiş” olduğunu iddia edərək, hökumət yoxsullara məhəl qoymamaqda günahlandırıb.
Papanın səfərini təşkil edən komitəyə rəhbərlik edən dövlət idarəsi naziri Tomas Kabral xərclənən vəsaitin böyük olduğunu, lakin bu vəsaitin yol tikintisində, kilsələrin və digər ictimai obyektlərin təmirində də istifadə edildiyini bildirib. “Ölkəmizi beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün kifayət qədər infrastrukturu və imkanları olan qonşu ölkələrlə müqayisə etməyin. Biz burada hər şeyi sıfırdan etməliyik”, – Kabral bildirib.
***
Ölkənin Tasitolu bölgəsində keçirilməsi planlaşdırılan mərasim üçün təxminən 23 hektar ərazinin zəbt edildiyi və rayon sakinlərinin bir hissəsinin evlərindən qovulduğu iddia edilib.
İnsan haqları müdafiəçisi Pedrito Vieyra, “Bu ailələrin həyatı qeyri-müəyyəndir. Onlar hələ də hara gedəcəklərini bilmirlər, çünki orada təzminat gözləyirlər”, – deyib.
Nazir Kabral bu insanların torpaq sahibi olmadığını və onlara köçmək üçün vaxt verildiyini bildirib.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) məlumatlarına görə, əhalinin təxminən 42 faizinin yoxsulluq həddinin altında yaşadığı Şərqi Timorda məşğulluq nisbətləri çox aşağıdır.
Papa Fransisk sentyabrın 2-də 45-ci xarici səfəri çərçivəsində 12 günlük ən uzun xarici səfərinə çıxıb. Papanın Cənub-Şərqi Asiya turuna İndoneziya, Papua Yeni Qvineya, Şərqi Timor və Sinqapurun daxil olduğu açıqlanıb.