Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
10:26 | 8 fevral 2018 | Cümə axşamı
Məqaləyə 3428 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Məzar daşları dağıdıldı
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Avropada yaşayan türklərin mövsümü rekordu
Qərb və yəhudi bankirlər, yoxsa ...
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
«İndi politologiya yox, konspirologiya vaxtıdır». Əslində bu deyim indiki çağın söhbəti deyil - siyasət əsrlər boyu konspirologiyadan daha şəffaf politologiyaya doğru addımlayıb, dövlətlər və cəmiyyətlər daha da şəffalaşdıqca siyasətin konspiroloji mahiyyəti kiçilib, onun bəzi mühüm tərəfləri adi insanlar üçün də açılıb.
Amma prosesin bitdiyini demək tezdir. Bir tərəfdən heç də bütün dövlətlərin demokratikləşməməsi, digər tərəfdən də hətta ən demokratik ölkələrin siyasətində bəzi gizli məqamların qalması belə deməyə əsas verir ki, hələ konspirologiya terminini çox eşidəcəyik.
Bütün bunları niyə deyirik? Siyasətdə elə ünvanlar var ki, onların hətta adı konspirologiya ilə eyniləşdirilir. Belə ünvanlardan biri də Vatikandır və bu cırtdan dövlətin qüdrətli çağlarından əsrlər keçsə də hələ də çoxu düşünür ki, ən azı xristian dünyasını Vatikan idarə edir...
Təbii, biz də Vatikanı sadəcə, kilsə, hətta möhtəşəm kilsə kimi qəbul etmirik, düşünürük ki, onun dünya proseslərinə müəyyən təsiri var - di gəl, bu təsirin sərhədləri haqda təxmini də olsa, bilgiyə malik deyilik.
Bircə onu deyə bilərik ki, milyonlarla katolik üçün Vatikan bütün hallarda sakral məzmun kəsb edir, üstəlik, ötən il diqqətimizi bir maraqlı detal çəkdi - Avropa Birliyi ölkələri qurumun yubileyini Vatikanda, elə papanın hüzurunda qeyd etdilər...
Bu baxımdan Türkiyə prezidentinin Vatikana dəvət alması artıq o deməkdir ki, müqəddəs Pyotr meydanında da Türkiyənin artan rolunun, onun prezidentinin nüfuzunun fərqindədirlər. Son dövrlərdə xüsusən üç proses-İraq kürdlərinin referendumunun qapadılması, Qüdslə bağlı çox ciddi və uğurlu kampaniyanın aparılması və təbii ki, sonuncu Afrin əməliyyatları Türkiyəyə və onun siyasi isteblişmentinə diqqəti artırıbdır.
Həm də bir faktı demək lazımdır ki, bu son 30 ildə Türkiyənin ən nüfuzlu rəhbəri, heç sözsüz ki, R.T.Ərdoğan olub. Bəli, onun siyasətinin bəzi məqamları ilə mübahisə etmək olar, amma bir məsələ şübhəsizdir ki, Ərdoğan regionda ən nüfuzlu siyasi liderlərdəndir.
Vatikanla dialoqun Türkiyə üçün də önəmi var. Əgər Avropa, xristian dünyası həqiqətən mütərəqqi islamda maraqlıdırlarsa, Türkiyəyə diqqəti artırmalıdırlar.
Məhz Avropanın on illərlə Türkiyəni qapı ağzında saxlaması təkcə bu ölkədə yox, cəmi müsəlman dünyasında radikal meyllərin güclənməsinə təkan verdi. Bilirsiniz, elə anlar olur ki, adam ortodoksların, mühafizəkarların «Bu da sizin Avropa...» qınağının qarşısında aciz qalır və belə yanaşmalara əks arqument tapa bilmirsən...
Vatikanın da siyasətində diqqət çəkən budur ki, katolik liderləri tək öz dindaşlarının deyil, dünyanın digər dinlərinə sitayiş edən insanların belə rəğbətini qazanmağa çalışır - bunu sübut edən onlarla misal deyə bilərik.
Bir daha deyirik ki, Vatikanın əsl «siyasət mətbəxi»ndən xəbərsizik və bir qədər əvvəldə dediyimiz konspiroloji məqamlardan agah deyilik, gəl, görünən budur ki, böyük Pyotr meydanında katolik dünyasının insanlara daha anlaşıqlı olmasına çalışırlar.
D.Tramp Qüdslə bağlı qərar qəbul edərkən Vatikanın reaksiyasını xüsusilə izləməyə çalışdıq. Xatırladaq ki, Roma papası D.Trampı tələsməməyə və Yaxın Şərqdəki onsuz da gərgin vəziyyəti bir azca da gərginləşdirməməyə çağırdı. Elə əksər ölkələrin Fələstinə dəstək olması da bəlkə də həm də bunun nəticəsi idi...
Bəli, demək olar ki, xristian dünyasının özünün Qüdsə iddiaları var. Təbii, Qüds xristianlar üçün də müqəddəs məkandır. Amma düşünmək ki, Vatikanın da ona bilavasitə siyasi iddiası var - yəqin bu, tamam düz olmaz və çox ehtimal, katolik dünyası istərdi ki, Qüdsə elə beynəlxalq status verilsin ki, o, hər üç dinin təmsilçilərinə açıq olsun...
R.T.Ərdoğanın səfəri başqa bir mənada da diqqət çəkir. Məlum olduğu kimi, hələ on illər bundan əvvəl türk əsilli millyyətçi Mehmet Ağca Roma papasına sui-qəsd etməyə çalışmışdı.
Bu məsələnin detalları hamıya məlumdur və hamı gözəl bilir ki, olayın nə türk dünyasına, nə də müsəlman aləminə heç bir dəxli yox idi. Amma mümkündür ki, ucqar ölkədə hansısa adi katolikin ürəyində bu şübhələr qalıbdır, - onları da götürmək lazımdır...
Digər məsələ isə böyük dinlərin dialoqudur. Hazırda islam dünyasında Türkiyədən güclü və Qərb dəyərlərinə yaxın ikinci bir ölkə yoxdur. Ümid edirik ki, digər Avropa ölkələri bunu unutsa da hər halda, Vatikan onun fərqindədir...