vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DÜNYA  
14:43 | 20 may 2022 | Cümə Məqaləyə 1203 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransisin “şıltaq” dizi

Roma Papasının tekila şərhi sosial şəbəkələrdə viral olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Roma Papası Fransis bu yaxınlarda dizindəki bərk ağrıları aradan qaldırmaq üçün bir az alkoqola ehtiyac olması barədə seminaristlərlə zarafat edib. O, bu yaxınlarda xəstəliyə görə xarici səfərini ləğv edib və səhhətinin pisləşməsi ilə bağlı söz-söhbətə səbəb olub.

Papa Fransis son həftələrdə gərilmiş bağlar səbəbindən sağ dizindəki ağrılardan əziyyət çəkib və bu da onu bir neçə dəfə əlil arabasından istifadə etməyə məcbur edib. Həkimlər onun xəstəliyinə kömək etmək üçün fiziki müalicə də təyin ediblər.

Ancaq bu həftə o, ümumi audensiya zamanı, ağrıları ilə ona kömək edə biləcək başqa bir şeyin olduğunu düşünüb.

Bəzi meksikalı seminaristlər ona səslənərək və dizinin necə olduğunu soruşublar. Papa ilə seminaristlər arasındakı fikir mübadiləsi və Fransisin diz ağrısı ilə mübarizə üçün bir az tekiladan istifadə edə biləcəyini söyləməsi viral olub.

Seminaristlər ondan doğma ispan dilində dizinin necə olduğunu soruşduqda Fransis onun “şıltaq” olduğunu deyib.

Papa deyib: “Bilirsən, dizim üçün nə lazımdır? Bir az tekila.” Meksikalılar ürəkdən gülüb və növbəti dəfə Fransisin yaşadığı Vatikanda Santa Marta evinə baş çəkəndə Papa Fransisə Meksikanın milli içkisi hesab edilən tekiladan bir şüşə gətirəcəklərini vəd ediblər.

Dindarlar Papanın bu yaxınlarda Pasxa şənlikləri üçün keçirilən mərasimlərə rəhbərlik edərkən bərk axsadığını görüblər. O, gəzmək üçün çəlikdən istifadə edir.

85 yaşlı Papanın səhhətinin doqquz ildən çox əvvəl seçildiyi zamankı kimi olmadığı ilə bağlı narahatlıqlar var. Lakin Papaya yaxın məsləhətçilər onun ümumiyyətlə səhhətinin pis olması ilə bağlı hər bir fərziyyəni rədd edib.