vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
16:37 | 15 aprel 2015 | Çərşənbə Məqaləyə 2808 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mahçupyan Türkiyəni mahçup etdi

Davudoğlunun müşaviri: «1915-ci ildə baş verənlərə soyqırım deməmək imkansızdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bosniya və Afrikada baş verən soyqırımlar qəbul edilərkən 1915-ci ildə ermənilərə qarşı törədilənlərə soyqırım deməmək imkansızdır». APA-nın «Vatan» qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlunun müşaviri Etyen Mahçupyan deyib.

Roma Papasının bəyanatını şərh edən E. Mahçupyan Vatikanın 100 illik psixoloji ağırlığı üzərindən atdığını bildirib: «Niyə 100 il sonra bu kəlmədən istifadə etdiyini söyləməkdənsə, tərsdən baxıb niyə bu qədər müddət susduqlarını demək lazımdır. Vatikan bunu çoxdan söyləyə bilərdi, lakin söyləmədi».

E. Mahçupyanın fikrincə, Papanın açıqlamasının siyasi tərəfi yoxdur: «Həm ermənilər, həm də erməni olmayanlar üçün soyqırım kəlməsi artıq siyasi deyil, psixoloji anlam daşıyır. Əsas məsələ yaşanmış hadisəni etiraf etməkdir. Yaşanmışlara baxmaq və dərs çıxararaq gələcəyi birlikdə qurmaq önəmlidir. Kəlmənin önəmi yoxdur. 100 il öncəsinə birlikdə baxa bilməyimiz daha əhəmiyyətlidir». 

P.S. Bizdə isə bu açıqlamaya bir baxış var. Türkiyə ermənilərin qabağından nə qədər çəkilsə də, onlar bir o qədər irəli gəlir. Necə deyərlər, Ankaranın siyasəti özlərini xəcalətli (mahçup) vəziyyətdə qoyur.