vaxtlı-vaxtında oxuyun! Şənbə, 3 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AMERİKA  
Bill Qeytsin 69 illik sirri 13:41 | 2 may 2025 | Cümə Məqaləyə 132 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bill Qeytsin 69 illik sirri

Milyarderin qızı bir verilişdə ağzından qaçırdıb

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Microsoft”un həmtəsisçisi 69 yaşlı milyarder Bill Qeytsin 22 yaşlı qızı Fibi Qeyts təsadüfən atasının şəxsi vəziyyətini açıqlayıb.

“Daily Mail”də çıxan xəbərə görə, Stanford Universitetinin tələbəsi Phoebe Gates, “Atasına zəng et” şouda qonaq olduğu bölümdə gündəlik söhbəti zamanı atasının xüsusi vəziyyətini gündəmə gətirib.

Atasının sevgilisini evə gətirdiyi zaman sosial cəhətdən nə qədər yöndəmsiz olduğunu proqram aparıcısı Aleks Kuperlə danışan Phoebe, "Atam sosial cəhətdən çox bacarıqsız insandır. Onun “Asperger” sindromu var” deyərək atasının hər ictimaiyyətdən gizlətdiyi sirrini ortaya qoydu.

***

Bill Qeyts əvvəllər autizm spektrində bəzi xüsusiyyətlərə malik olduğunu etiraf etsə də, indiyə qədər heç bir rəsmi diaqnozdan bəhs etməyib. Bu səbəbdən qızının açıqlaması Qeyts ailəsindən gələn ilk birbaşa sağlamlıq məlumatı olaraq diqqət çəkdi.

Mövzu ilə bağlı sosial mediada çoxlu şərhlər olsa da, bəzi istifadəçilər bu açıqlamanın təəccüblü olmadığını, bəziləri isə diaqnozun diqqətsizliklə qoyulmuş ola biləcəyini müdafiə edib. Bill Qeyts hələlik mövzu ilə bağlı heç bir açıqlama verməyib.

***

Digər tərəfdən, qızı Fibinin etirafından sonra, Qeytsin 2023-cü ildə nəşr olunan “Mənbə Kodu” adlı xatirə kitabında yazılanlar yada salındı. O, uşaq ikən sosial qarşılıqlı əlaqədə çətinlik çəkdiyini, müəyyən maraqlara hiper fokuslandığını və yəqin ki, bu gün autizm spektri pozğunluğu diaqnozu qoyulacağını yazıb. Uşaqlıqdan hiper fokuslu davranışlarını izah edərək, “Etdiyim işə o qədər aludə olurdum ki, yeməyi unudurdum” demişdi...