vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
DÜNYA  
Bill Qeytsin həyəcan təbili 02:23 | 19 fevral 2017 | Bazar Məqaləyə 2560 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bill Qeytsin həyəcan təbili

«Yeni virus yaradırlar, 30 milyon insan ölə bilər»

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Terrorçular 30 milyondan çox insanın ölümünə səbəb olacaq təhlükəli virusların yeni növlərini yarada bilərlər». Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, bunu «Microsot» korporasiyasının təsisçisi Bill Qeyts Münhen Təhlükəsizlik Konfransında bildirib.

Onun sözlərinə görə, terroristlərin biomühəndislik metodu ilə süni şəkildə təhlükəli qrip ya da başqa epidemiyalar yaratmaq şansları var.

Bill Qeyts xatırladıb ki 1918-1919-cu illərdə «ispan qripi» pandemiyası dünyada 50 milyondan çox insanın həyatına son qoyub.

«İndi də qlobal pandemiyaya hazırlıq olduqca vacibdir. Nüvə təhlükəsindən uzaqlaşmaq və iqlim dəyişikliyi ilə əlaqədar faciəli hadisələrin çoxalmasının qarşısını almaq lazımdır. İnnovasiyalar, əməkdaşlıq və dəqiq planlaşdırma bu riskləri xeyli azalda bilər»-deyə o əlavə edib.

Onun fikrincə, mövcud üsul və texnologiyalar xəstəliklərin yayılması təhlükəsini aradan qaldırmağa imkan verir.