vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
“Uğurumu autizmə borcluyam” 21:40 | 3 fevral 2025 | Bazar ertəsi Məqaləyə 282 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Uğurumu autizmə borcluyam”

Bill Qeyts ən böyük peşmançılığından da danışıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 4-də “Source Code” adlı avtobioqrafiyasını nəşr etməyə hazırlaşan Bill Qeyts dünya mətbuatına müsahibələr verməyə davam edir.

69 yaşlı amerikalı milyarder növbəti müsahibəni uşaqlığını keçirdiyi evdə verib.

Qeyts Fondu qarşısı alına bilən xəstəlikləri və yoxsulluğu azaltmaq üçün işləyən texnologiya milyarderi “Seattle”da verdiyi müsahibədə “100 milyard dollardan çox pul verdim və daha çoxunu verəcəyəm”, – deyib.

Jurnalist xatırladıb ki, 100 milyard dollar Bolqarıstanın ümumi daxili məhsuluna (ÜDM) ekvivalentdir.

BVF-nin məlumatına görə, 2023-cü ildə Türkiyənin ÜDM-si 1,024 trilyon dollar olub.

2000-ci ildə qurulan “Bill və Melinda Qeyts Fondu”, milyarderin 2024-cü ilin mayında Melinda Frenç Qeytsdən boşanmasından sonra adını “Qeyts Fondu” olaraq dəyişib.

“Microsoft”un həmtəsisçisi məşhur milyarder Uorren Baffetlə birgə xeyriyyə işini davam etdirir.

Anasının ona tez-tez “Sərvətlə bərabər onu paylamaq məsuliyyəti də gəlir” dediyini söyləyən Bill Qeyts, verdiyi ianələrin çoxluğuna baxmayaraq, şəxsi təyyarəsinin və nəhəng evinin pulunu ödəyə bildiyini xatırladıb: “Mən heç bir şəxsi qurban verməmişəm. Mən nə daha az hamburger sifariş etmişəm, nə də daha az film izləmişəm”.

Rosi (Rory), Fibi (Phoebe) və Cennifer adlı üç övladı olan Qeyts əlavə etdi ki, 20 yaş civarındakı övladlarına nə qədər miras ayırmağın düzgün olacağını müəyyən etməyib.

Qeyts başqa bir müsahibəsində “Mən uğurumu autizmə borcluyam” desə də, media milyarderə belə bir diaqnoz qoyulmadığını yazıb.

Londonun “The Times” qəzetində dərc olunan müsahibəsində Qeyts ən böyük peşmanlığının həyat yoldaşından boşanması olduğunu bildirib. “Yeganə uğursuzluğunuz boşanmaq idi?” sualına milyarder “Sən bunu siyahının başına qoymalısan. Başqaları da var, amma heç biri bu qədər vacib deyil”, – cavabını verib.

Həmin qəzetə müsahibəsində o, 24 vanna otağı olan və dəyəri 130 milyon dollar olan malikanəsindən imtina etmək fikrində olmadığını da bildirib.