vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
09:35 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1289 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Krım ssenarisi təkrarlanarsa...»

«Edə biləcəyimiz yeganə şey ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Niderland Krallığından seçilmiş avroparlamentari, Büdcə və Büdcəyə Nəzarət Komitələrinin üzvü Yan Mulder (Jan Mulder) «eunews.az» xəbər portalının suallarını cavablandırıb.

- Aprelin 7-də Ukraynanın cənub-şərqində gərginlik yenidən artıb, Donetsk və Xarkov regionları öz müstəqilliyini elan ediblər. Hadisələrin gedişatını nəzərə alsaq, Avropa İttifaqı (Aİ) hansı addımları atmalıdır?

- Edə biləcəyimiz yeganə şey bu hadisələrə təsir edən və onlara görə məsuliyyət daşıyan şəxslərə qarşı iqtisadi sanksiyaların tətbiqidir. Biz onların həyatını iqtisadi və maliyyə baxımından çətinləşdirməliyik.

 

- Bəs geniş iqtisadi sanksiyaların tətbiqinin vaxtı gəlmədimi?

- İlk növbədə, biz Ukraynadakı baş verənlər haqda dəqiq məlumat almalı və mövcud vəziyyəti aydınlaşdırmalıyıq. Təbii ki, hələ ki geniş sanksiyaların tətbiq edilməsi haqda danışmaq tezdir, ancaq Krım ssenarisi bir daha təkrarlanarsa, biz (Aİ - red.) çətin vəziyyətdə olacağıq.