vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
11:45 | 12 aprel 2014 | Şənbə Məqaləyə 1198 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ukrayna qalib gələcək»

«Rusiya iqtisadiyyatı sürətlə tənəzzülə sürüklənir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna milli telekanalları son zamanlar ölkə ətrafında yaranmış gərgin vəziyyətlə əlaqədar xüsusi süjet hazırlayıb.

«Axar.az» xəbər verir ki, reportajda Amerika dövlət katibi Con Kerrinin, respublikaçılardan prezidentliyə keçmiş namizəd Con Makkeyn, həmçinin Avropa liderlərinin fikri yer alıb.

Vurğulanıb ki, Rusiya Ukraynanın şərqində hadisələri gərginləşdirməyə çalışsa da, rəsmi Kiyevin davranışları təqdirə layiqdir. Beynəlxalq təşkilatların da apardığı monitorinqlər nəticəsində heç bir qanun və insan haqlarının pozuntusuna rast gəlinməyib.

Almaniya kansleri Angela Merkel bildirib ki, Almaniya bundan sonra da Ukrayna hökuməti ilə işləməyə, müəyyən məsləhətlər verməyə hazırdır. Amma bunun üçün Ukrayna harada özünü görməsi barədə dəqiq mövqe ortaya qoymalıdır.

Rusiyanın, ələlxüsus prezident Vladimir Putinin yürütdüyü siyasəti kəskin tənqid edən Con Makkeyn isə yenə Obama Administrasiyasını «dişsiz» siyasət yürütməkdə qınayıb. Buna cavabında Amerika Dövlət katibi Con Kerri vurğulayıb ki, narahatlığa əsas yoxdur. Çünki Rusiya iqtisadiyyatı sürətlə tənəzzülə sürüklənir və yaxın vaxtlarda Ukraynanın Rusiyaya qalıb gələcəyi qaçılmaz olacaq.