Putinə gözlənilməz cavab...
Ukrayna ödəməni dayandırır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
Rəsmi Kiyev rəhbərliyi mavi qazın qiymətini artıran Rusiyaya qarşı çıxaraq ödənişləri dayandırmaq barədə qərar verib. «Axar.az» xəbər verir ki, Ukraynanın dövlət təbii qaz şirkəti «Naftoqaz»ın İdarə heyəti rəhbəri Andrey Kobolev açıqlamasında mavi qazın qiyməti haqqındakı müzakirələr yenidən başlayana qədər Rusiyaya ödənişləri dayandırdıqlarını açıqlayıb.
Kobolev Rusiyanın mavi qazın qiymətini qaldırmasında heç bir səbəb görmür: «500 dollar məbləğində olan qiymətin bazar tərəfindən təyin olunmadığını düşünürük, bu ədalətli olmayan və qəbul edilə bilməz bir vəziyyətdir. Rusiyanın mavi qazın qiymətini qaldırması üçün heç bir səbəb görmürəm».
Qeyd edək ki, Rusiya ayın əvvəlində min kub metrlik mavi qazın qiymətini 268 dollardan 485 dollara qaldırıb və Ukraynanın ölkəyə olan mavi qaz borcunu ödəmədiyi üçün bu ölkəyə etibarını itirdiyini bəyan edib.
Maliyyə baxımdan böyük bir böhranın astanasında olan Ukraynanın Rusiyaya 2 milyard 200 milyon dollar mavi qaz borcu var. Rusiya prezident Vladimir Putin aprelin 11-də bunları əsas gətirərək mavi qazın tamamilə kəsilə biləcəyini və ya azaldılması istiqamətində addım atacaqları barədə xəbərdarlıq etmişdi.