vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:26 | 15 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1535 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Parlamenti Rusiyaya qarşı

AP prezidenti gələn ay keçiriləcək seçkilərdən də danışıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 14-də Avropa Parlamentinin bu dönəmin son plenar sessiyası Krımın Rusiya tərəfindən anneksasiyasının tanınmaması barədə bəyanat və Rusiyadan öz ordusunu Ukrayna sərhəddi yanından geri çəkmək tələbləri ilə başlayıb. Bu haqda Avropa Parlamentinin mətbuat xidməti xəbər verir.

«Avropa Parlamenti Ukrayna suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığına ötən qısa müddət ərzində qəbul olunmuş bir neçə qətnamədə dəstəyini göstərib», - Avropa Parlamentinin prezidenti Martin Şults deyib. O, həmçinin Ukrayna hökumətinin ölkəni parçalanmaqdan qorumaq üçün atdığı addımları təqdirlə qarşılayıb.

Bununla yanaşı, Şults Avropa İttifaqı Şurasının Ukraynaya makroiqtisadi yardımın ayrılması haqda qərarını alqışlayıb və aprelin 3-də Avropa Parlamenti tərəfindən qəbul olunmuş Ukraynaya birtərəfli ticari güzəştlərin ölkə iqtisadiyyatına dəstək olacağından əminliyini bildirib.

Qeyd edək ki, avroparlamentarilər mayın 25-də keçiriləcək Ukrayna prezident seçkilərinə müşahidəçi qismində qatılacaqlar. «Ümid edirəm ki, bu seçkilər azad və ədalətli olacaq və Ukrayna tarixində yeni, azad, müasir və demokratik bir dövlət dönəminin təməlini qoyacaq», - Martin Şults deyib.