vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
10:07 | 20 iyun 2014 | Cümə Məqaləyə 1527 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ümumdünya Qaçqınlar Günü

Məcburi köçkün sayına görə Azərbaycan Avropada liderdir

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassör 20 iyun Ümumdünya Qaçqınlar Gününün həqiqi fəaliyyətə keçmək üçün yaxşı imkan olduğunu bildirib. «Dünyanın bir çox nöqtəsində, o cümlədən Avropada münaqişələr tüğyan edir və qaçqınlar, məcburi köçkünlər, eləcə də siyasi mühacirlərin artmasına şərait yaradır. Avropa öz sərhədlərini həyatları təhlükədə olan və müdafiə axtaran insanlar üçün qala divarlarına çevirməməlidir», - deyə o əlavə edib.


Xanım Brassör üzv ölkələrə qaçqınları qorumaq üçün götürdükləri beynəlxalq öhdəlikləri xatırladıb.

Sədr Brassörə görə, «zülmdən qaçan insanlar qəhrəmanlardır, onları cəzalandırmaq yox, mükafatlandırmaq lazımdır». O, Avropaya gəlməyin qanuni kanallarının yaradılmalı olduğunu düşünür.