vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
14:50 | 15 oktyabr 2017 | Bazar Məqaləyə 3304 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qardaş deyib uyumayın

İkinci «bayraq böhranı»nın yaşanmaması üçün çox çalışmaq lazımdır

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəsmi Bakı Avropa Şurasını kəskin tənqid edir, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında qalıb-qalmamaq məsələsi gündəmə gətirilib, bu istiqamətdə yerli mediada geniş müzakirələr açılıb. Eyni zamanda Türkiyənin siyasəti ilə bağlı tənqidi fikirlər səsləndirilir, televiziya ekranlarında və bir sıra saytlarda eyni mətn yayılır. Narazılığa əsas iki səbəb var:

Birinci səbəb: Türkiyənin 4 tanınmış yazarı, o cümlədən keçmiş millət vəkili qeyri-qanuni olaraq Dağlıq Qarabağa gəldi, separatçılarla görüşdü, hətta biri geri qayıtdıqdan sonra «Artsax» ifadəsi işlətdi. Buna qarşı Ankara etirazını bildirmədi (Rəsmi Bakı Türkiyə XİN-nin bəyanatını yumşaq hesab etdi), həmin şəxslərə qarşı cinayət işi açılmadı.

İkinci səbəb: Türkiyənin bir qrup millət vəkili AŞPA-dakı səsvermədə Azərbaycan hakimiyyətini tənqid edən iki qətnaməyə səs verdi. Belə bir hal ilk dəfədir qeydə alınır. Əvvəllər də AŞPA-da Türkiyənin hansısa millət vəkili, o cümlədən radikal kürdlərin təmsilçisi Azərbaycan əleyhinə qətnaməyə səs verib. Bu dəfə bu prosesə ana müxalifət partiyasının təmsilçiləri də qatılıb. Azərbaycan televiziyasında və müxtəlif saytlarında yayılan vahid mətndə bunlar da deyildi və yazıldı ki, bəs Fətullah Gülənlə mübarizədə Bakı Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ədroğanın bütün istəklərini yerinə yetirdi, gülənçilərin Azərbaycandakı şəbəkəsi çökdürüldü, məktəblər və universitet qapadıldı, işdən çıxarılanlar oldu və s. Bunun əvəzində isə Ankara Bakının narahatlığına seyrçi qalıb, həmin 4 vətəndaşıyla bağlı cinayət işi açmayıb və millət vəkillərinin Azərbaycan hakimiyyəti əleyhinə səs vermələrinə də aydınlıq gətirilməyib.

İstənilən təşkilatı və dövləti tənqid etməkdə azadıq. Tənqidin obyektiv və subyektiv tərəfləri var. Ancaq tənqiddə dozanı qaçırmamaq lazımdır. Avropa Şurasında üzvlüyünün niyə bizə lazım olduğunu ötən statuslarımın birində (ən başlıcası Ermənistan və erməni lobbisi Azərbaycanın olmadığı təşkilatda bizim əleyhimizə geniş fəaliyyət imkanı qazanacaq) geniş təhlil etmişəm. Türkiyədən isə danışmağa dəyməz. Bir dəfə Türkiyə ilə münasibətlərdə «bayraq böhranı» yaşadıq, hətta iş o yerə çatdı ki, Şəhidlər Xiyabanında uyuyan türk şəhidlərinin məzarlığındakı Türkiyənin bayrağı endirildi, dirək yerindən çıxarıldı. Ankara detallarını Bakı ilə bölüşmədən Ermənistanla saziş layihəsi hazırladı. Çox ağır günlər yaşadıq. Bir daha təkrarlanmasını kimsə istəməz, düşmənlərimizə bəhanə verməyək! Dialoq yolunu hər zaman açıq tutaq! Buna rəğmən, Türkiyənin Azərbaycandakı səfirinə də sözüm var: «Çox çalışmaq lazımdır! Qardaş deyib uyuma zamanı deyil!»


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)