vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
00:11 | 26 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 2119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səməd Seyidov yenidən vitse-prezidenti seçildi

AŞPA-nın Monitorinq Komitəsində isə azərbaycanlı millət vəkilin yerinə təyinat olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib.

Virtualaz.org təşkilatın saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, bundan başqa, Azərbaycan nümayəndə heyətinin iki yeni üzvü - Çingiz Qənizadə və Naqif Həmzəyev nümayəndə heyətinin üzvləri kimi təsdiqləniblər.

 

***

 

AŞPA-nın üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Monitorinq Komitəsinin iclasında Səməd Seyidovun yerinə Serbiya üzrə yeni həmməruzəçi təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə komitənin iclasında iştirak edən Serbiya nümayəndə heyətinin sədri Aleksandra Tomic məlumat verib.

Britaniyalı Robert Godvil yeni həmməruzəçi təyin olunub. Digər həmməruzəçi isə finlandiyalı Maria Guzennia olaraq qalır.