
AŞPA-da maliyyə şantajı
Rusiya beynəlxalq qurumun sıralarına necə qayıtdı?
Rusiya beynəlxalq qurumun sıralarına necə qayıtdı?
Səməd Seyidovdan AŞPA-dakı millət vəkili haqqında şok sözlər
AŞPA-nın Monitorinq Komitəsində isə azərbaycanlı millət vəkilin yerinə təyinat olub
Ukrayna Avropa Şurasının Rusiyaya güzəştə gedə biləcəyindən narahatdır
Mahmud Məmmədquliyev: «Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideya deyil»
«Rusiya Azərbaycan-Avropa münasibətlərinin gərginləşməsində maraqlıdır»
İkinci «bayraq böhranı» yaşanmaması üçün çox çalışmaq lazımdır
Türkiyədə Dəniz Baykalın Azərbaycana qarşı səs verməsinə təəccübləniblər
Türkiyə AŞPA-da Azərbaycanı müdafiə etdi
... və əgər çıxarsa, nələr baş verə bilər?
Prezidentin köməkçisi: «Bu siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər?»
Prezidentin köməkçisi: «Artan təzyiqləri Azərbaycana qarşı xüsusi neqativ münasibətdən irəli gələn məsələdir»
Səməd Seyidov: «Avropa Şurasının baş katibi nədənsə yalnız Azərbaycanın üstünə düşüb»
Səməd Seyidov: «Hələlik bu sualın cavabını bilmirəm»
AŞPA prezidenti ilə bağlı səsvermə keçirilib
Azərbaycanın həssas bir dönəmdə hədəf alınması yalnız Avropa qaz bazarında yeni oyunçuya qarşı çıxan Kremlin marağındadır
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bu gün (oktyabrın 8-də) Strasburqa gedir. Bu haqda parlamentin mətbuat xidməti xəbər verir.
Nümayəndə heyətinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başçılıq edir. Heyətə mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev və Sahibə Qafarova daxildir.
Nümayəndə heyəti oktyabrın 15-dək Strasburqda olacaq.
Sessiya 5 gün davam edəcək. Öncə təşkilati məsələlərə baxılacaq. Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun büro iclaslarına qatılacaq.
AŞPA-nın plenar iclaslarında büro və daimi komitənin inkişafına dair məruzə təqdim olunacaq. Albaniyada parlament seçkilərinin nəticəsi müzakirə ediləcək.
AŞPA-da həmçinin «Azərbaycanda demokratik təsisatların fəaliyyəti», «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.