vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
21:46 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2909 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

CHP millət vəkillərindən inanılmaz davranış

Türkiyədə Dəniz Baykalın Azərbaycana qarşı səs verməsinə təəccübləniblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyəni Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edən deputat, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykalın Azərbaycana qarşı səs verməsi ilə bağlı məlumatlar təmsil etdiyi partiyada çaşqınlıq yaradıb.

Virtualaz.org CHP-nin ictimaiyyətlə əlaqələr bölməsinə istinadən bildirir ki, bu məsələ hazırda araşdırılır, Dəniz Baykalın və digər deputatların hansı səbəbdən Azərbaycana qarşı səs verməsi onlara məlum deyil.

«İnanırıq ki, burada texniki səhvə yol verilib. Biz bu məlumatların doğru olub-olmadığı araşdırırıq. Ola bilsin ki, yanlışlıq olub. Dəniz Baykal hazırda Türkiyədə deyil. Qayıdan kimi biz bu məsələni onunla müzakirə edəcəyik. CHP sədri Kamal Kılıçdaroğlu və Dəniz Baykal daim Azərbaycanı dəstəkləyib. Onun və digər deputatların belə addım atması bizdə şübhə doğurur. Biz böyük liderimiz Mustafa Kamal Atatürkün «Azərbaycanın kədəri - bizim kədərimizdir, onun sevinci - bizim sevincimizdir» vəsiyyətinə əməl edirik», - deyə CHP-dən keçmiş deputat Canan Arıtman vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları «Azərbaycanda demokratik təsisatların vəziyyəti» adlı hesabat üzrə qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də olub. Həmin qətnamə 117 lehinə, 18 əleyhinə olmaqla qəbul edilib.