vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
12:59 | 25 oktyabr 2017 | Çərşənbə Məqaləyə 3111 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yaqland bu gün var, sabah yoxdur»

Mahmud Məmmədquliyev: «Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideya deyil»

Zaur RƏSULZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Düşünmürəm ki, Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideyadır. İkili standartlara və Azərbaycana qarşı ədalətsiz münasibətə baxmayaraq, güman edirəm ki, biz bu təşkilatda qalmalıyıq və öz mövqeyimizi müdafiə etməliyik». Bunu virtualaz.org-a eksklüziv şərhində Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Qeyd edək ki, M.Məmmədquliyev Avropa İttifaqı ilə danışıqlara cavabdehdir.

Mahmud Məmmədquliyev qeyd edib ki, hələ Azərbaycan Avropa Şurasına daxil olmazdan əvvəl o, uzun illər ərzində bu strukturda Azərbaycanın nümayəndə heyətinə başçılıq edib.

«Mərhum Heydər Əliyev Avropa Şurası ilə münasibətlərə böyük önəm verirdi. Məhz onun tapşırığı ilə biz bu təşkilata üzv olmaq üçün uzun müddət danışıqlar aparmışdıq. Düşünmürəm ki, bir neçə anti-Azərbaycan elementinə görə mövqelərimizdən geri çəkilməliyik. O ki qaldı Yaqlanda, o, vur-tut baş katibdir və əsla bütün təşkilat demək deyil. Bu gün var, sabah yoxdur. Amma Avropa Şurasında Azərbaycanın gözəl münasibətlər qurduğu 47 ölkə var», - nazir müavini bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasında başqa ölkələrin malik olduğu eyni hüquqlara malikdir.

«Biz bu təşkilata könüllü və şüurlu şəkildə daxil olmuşuq. Mövqeyim belədir ki, orada qalmalı və mövqelərimizi müdafiə etməliyik. Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinə heç kim mane ola bilməz», - o deyib.