Aİ Şotlandiyaya racon kəsdi
Müstəqillik istəyən hər il 500 milyon funt sterlinq ödəməlidir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
“Bu nifrət cinayətidir”
Şimali İrlandiya polisi müsəlmanlar əleyhinə olan plakatları yığışdırıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
PUA-larda süni intellekt
Alyans kvant texnologiyasına üstünlük verib
-
Milyarderlər gizli xəzinənin izində
300 milyardlıq sərvət üçün milyonlarla dollar xərclənir
-
Cinsi zorakılıq fotoları kolleksiyaçısı
Uşaq istismarında günahlandırılan məşhur aparıcıya həbs cəzası
-
“Qaydalar pozulub”
İngiltərədə 500 min funt-sterlinqlik qalmaqal
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Moskvadan Londona casus ittihamı
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv edib
-
Londonda ictimai nəqliyyat sisteminə kiberhücum
5 min müştərinin şəxsi məlumatları və bank hesabları təhlükədə olub
-
Uzaq mənzilli silahlardan istifadə gündəmdədir
ABŞ 700 milyon dollar, Britaniya 600 milyon funt-sterlinq yardım edəcək
-
8 milyard funtluq sərmayə
“Amazon” Böyük Britaniya hökumətinə yaxşı başlanğıc üçün şans verdi
-
Şahzadə təqaüdlə dolanacaq?
Kral Çarlzın problem yaradan qardaşına səbri bitir
-
Əfqanıstanın London səfirliyi bağlandı
Səfirliyə 3 həftə, əməkdaşlara isə ölkəni tərk etmək üçün 3 ay vaxt verildi
-
Görünməmiş təhdidlərə qarşı-qarşıya
ABŞ və Böyük Britaniya kəşfiyyatı əməkdaşlığın vacibliyini qəbul edir
Birləşmiş Krallığın sabiq baş naziri Qordon Braun parlamentarilərə bildirib ki, müstəqil Şotlandiya Avropa İttifaqında (Aİ) qalmaq üçün hər il əlavə 500 milyon funt sterlinq ödəməli olacaq. Məlumatı «EUobserver» yayıb.
«Şotlandiya vergi ödəyiciləri Böyük Britaniyanın tərkibində qalanda Aİ büdcəsinə 2014-20-ci illər üzrə təxminən 8.5 milyard funt sterlinq ödəyəcəklər. Hesablamalara görə, Şotlandiya müstəqil olsa, eyni dövr üzrə Aİ büdcəsinə 11 milyard funt sterlinq ödəməli olacaq», - iyunun 26-da Avropa Parlamentindəki ümumi yığıncaqda Braun bildirib.
Aİ-nin ümumi kənd təsərrüfatı siyasətinə görə, şotland fermerlərinə yardımın və struktur fondların azalması da Şotlandiyaya 1 milyard funt sterlinqə başa gələcək. Ümumilikdə Şotlandiya hər ilə əlavə 500 milyon funt sterlinq ziyana düşəcək.
Qeyd edək ki, Braun siyasətçiləri may ayı Avropa seçkilərində rekord sayda yer tutan milliyyətçi və avroskeptik hərəkata qarşı mübarizə aparmağa çağırıb.
«Milliyyətçiliyə ən yaxşı cavab internasionalizmdir. Yaxşı internasionalizm və Aİ-nin qlobal baxışları ekstremizmə qarşı ən yaxşı mübarizə üsuludur. Birmillətli dövlətlər öz problemlərini təkbaşına həll edə bilməzlər», - o deyib.
Parlamentarilər və parlament rəsmiləri qarşısında çıxış edən Braun «qloballaşmanı daha yaxşı idarə edə bilmədiklərinə görə» maliyyə böhranı illərində hakimiyyətdə olanları günahlandırıb.
Əslən şotland olan sabiq Britaniya lideri 2010-cu ildə özünün leyborist hökuməti məğlub olduqdan sonra siyasətin ön sıralarından uzaqlaşıb. Buna baxmayaraq o, referendum kampaniyalarında inanılmaz rol oynayıb.
Müstəqilliyə qarşı çıxan «YOX» kampaniyası leyborist, mühafizəkar və liberal demokratları «Better Together» («Birlikdə daha yaxşıdır») koalisiyası altında birləşdirib. Sentyabrın 18-də Şotlandiyanın 4 milyon seçicisi Birləşmiş Krallıqdan ayrılmaq üçün səs verəcək. Son sorğulara görə, «YOX» kampaniyası azacıq öndə gəlir, lakin iştirakçıların 15-20%-i hələ tam qərarını verməyib.
İyunun 26-da Şotlandiyanın baş naziri Aleks Salmond BBC-yə müsahibə verib. «Şotlandiya müstəqil olsa, biz daha yaxşı müqavilələr bağlaya bilərik. Qordon Braun hakimiyyətdə olanda Şotlandiya üçün bunların heç birini etməmişdi. Fermerlərimiz parlamentin ümumi kənd təsərrüfatı siyasəti (CAP) fondları haqqında qərarına görə, 1 milyard avro ziyana düşüblər», - o deyib.
Salmondun milliyyətçi hökuməti Aİ-yə qoşulmağa can atır. Bildirirlər ki, Şotlandiya 2016-cı ildə müstəqil olduqdan sonra 18 ay ərzində ölkənin Aİ-yə üzvlüyü şərtləri yenidən yazılmalı və razılaşdırılmalıdır. Şotlandiya hökuməti Birləşmiş Krallıqla müqayisədə daha çox Aİ güzəştləri əldə edəcəyinə ümid edir. Həmçinin avro və «Şengen müqaviləsi» üstünlüklərindən yararlanmağa çalışır.