«Ukrayna cavab verməlidir»
Putin təhlükəsizlik üzrə yüksək rütbəli müşavirlərini bir yerə yığıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aldadılan Putin və fərsiz Lavrov...
Rusiyaya öz üslubunda “tələ” qurublar
-
Putinin “4-cü respublikası”
Reallıq, yoxsa mif?
-
Paşinyana erməni mafiyasını xatırlatdılar
Almaniya polisi 42 nəfərə 14 cinayət işi açıb
-
Merkelin Qafqaz səfəri
II yazı
-
Merkelin Qafqaz səfəri
I yazı
-
“Cənubi Qafqazda biz də varıq”
Angela Merkel bölgəyə səfəri ilə bu fikri demək istədi
-
Merkeldən gürcü müxalifətinə üstüörtülü dəstək
Qərb “Gürcü Arzusu”nu siyasi səhnəyə qaytarır?!
-
Merkel Qafqaza niyə gəlir?
Xanım baş nazirin səfəri haqqında 7 qeyd
-
Almaniya Türkiyəyə dəstəkdən imtina etdi
ABŞ-ın qorxusundan …
-
Niyə görə indi?
Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?
-
“Xislət özünü büruzə verir”
Erməni lobbisi Merkelin Azərbaycana səfərini qısqanır
-
“Tramp verdiyi sözü yerinə yetirmədi”
Putin: “İş burasındadır ki, belə variantlar heç kimlə keçmir”
-
Putinin arxayınlığının sirri
“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək...”
-
“Bu yolla hakimiyyətə gəlmək olmaz”
Moskva İrəvana xəbərdarlıq etdi
-
“Paşinyanı öldürə bilərlər...”
Ermənistanda baş nazir davası qızışıb, İrəvanda genişmiqyaslı aksiyalar davam edir
-
Paşinyanın seçilməsini Putin əngəllədi?
Erməni jurnalist Rusiya prezidentinə məktub ünvanladı: “Siz də ona yeni nəfəs verə bilməzsiniz”
İyulun 1-də Ukrayna hökuməti 10 günlük qısamüddətli atəşkəsə son qoyub. Hökumət yenidən separatçılara qarşı hücuma keçib. Məlumatı «Deutsche Welle» yayıb.
Çərşənbə axşamı Ukraynanın Müdafiə Nazirliyinin nümayəndəsi Aleksey Dmitraşivskiyin bildirdiyinə görə, atəşkəs sona çatan kimi Ukrayna «ağır artilleriya və hava hücumlarına» davam edib.
Xatırladaq ki, prezident Petro Poroşenko iyun ayı elan olunmuş 1 həftəlik atəşkəsi bazar ertəsinə qədər uzatmışdı. İndi isə prezident sülh danışıqlarına başlamaq üçün separatçıları gözləmək fikrindən əl çəkib.
Rusiya rəsmiləri dərhal buna «dərin təəssüflərini» bildiriblər. Prezident Vladimir Putin xəbərdarlıq edib ki, Poroşenko gələcəkdə baş verəcək hər hansı pis hadisələrə görə cavab verməli olacaq. Ukraynada vəziyyətin «birdən-birə pisləşməsini» müzakirə etmək üçün Putin təhlükəsizlik üzrə yüksək rütbəli müşavirlərini bir yerə yığıb.
Həftə sonu və bazar ertəsi Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Poroşenko və Putinlə telefon danışıqları aparıblar. Hər iki lider əksər hallarda Putinlə razılığa gələ bilməyib. Liderlər Ukraynaya separatçıların rəhbərləri ilə birbaşa danışıqlara və hökumətə yeni imkan yaratmaq üçün atəşkəsi uzatmağı təklif ediblər.
Bundan əlavə, Aİ, ABŞ və Ukrayna Rusiyanı separatçılara maliyyə və maddi-texniki dəstək göstərməkdə ittiham ediblər. Rusiyaya sanksiya tətbiq edən bu ölkələr onu yeni sanksiyalarla da hədələyiblər.
«Mənim əsas məqsədim»
Gecə yarısı atəşkəs sona çatan kimi Poroşenko ukraynalılara müraciət edib. Prezident bildirib ki, separatçılar vaxtdan istifadə edərək yenidən qruplaşıblar və Rusiya vasitəsi ilə ağır silah ehtiyatı görüblər.
Poroşenko qiyamçıları atəşkəs vaxtı hökumət qüvvələrinə 100 dəfədən çox hücum etməkdə günahlandırıb. İyunun 30-da Ukraynanın xarici işlər naziri öz «Twitter» hesabında atəşkəs dövründə separatçıların 27 hərbçini öldürdüyünü, 69-nu isə yaraladığını yazıb.
«Əsas məqsədim sülh olub, yenə də məqsədim bu olacaq. Fərq odur ki, sülhə nail olmaq üsulları dəyişib», - 48 yaşlı prezident deyib.
Qeyd edək ki, iyulun 1-də separatçılar və Ukrayna qüvvələri arasında qarşılıqlı ağır artilleriya və hava hücumları olub. Atışma separatçıların Rusiya sərhəddindəki Luqansk və Donetsk qərargahları yaxınlığında baş verib.
Poroşenko Ukrayna qüvvələrinin Luqansk bölgəsindəki 24 sərhəd məntəqəsindən birini geri aldığını bildirib. Çərşənbə axşamı o, «ilk qələbəyə» görə Ukrayna qüvvələrini təbrik edib. Buna baxmayaraq, Rusiyaya gedən yolların çoxu hələ də separatçıların əlindədir.
12 həftədir ki, davam edən münaqişədə 450-yə yaxın adam ölüb. Bunlardan 5-i jurnalistdir. Minlərlə insan isə köçkün düşüb.