vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
23:57 | 11 dekabr 2022 | Bazar Məqaləyə 1423 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aldadılan Putin və fərsiz Lavrov...

Rusiyaya öz üslubunda “tələ” qurublar

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

El arasında belə bir məşhur söz var: “Elçisi gülüm olanın, başına külüm olar”. Bunu bir az dəyişik formada – “Ağası gülüm olanın başına külüm olar” şəklində deyənlər də var. Ancaq məna, məzmun isə eynidir.

İndi bu sözü Putinə və onun sevimli xarici işlər işlər nazirinə (XİN başçısı) də aid etmək olar. Təxminən belə: “XİN başçısı Lavrov kimisi olan bir liderin başına külüm olar”.

Almaniyanın keçmiş federal-kansleri Angela Merkelin bu günlərdə Minsk Qrupunun əsas məqsədi ilə bağlı etdiyi şok etiraflar fonunda Sergey Lavrovun nə qədər kütbeyin və bacarıqsız bir diplomat olduğu bütün dünya mediasının və ekspertlərin sıx-sıx müzakirə etdiyi mövzulardan biridir (bu Minsk Qrupu keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin həlli üzrə yaradılandan fərqlidir). 

Bu saat hamı Lavrova gülür. Çünki Merkelin etirafları Lavrovun Qərbin aldadıcı siyasətini düz başa düşməməsini və öz liderini (Vladimir Putini) vaxtında duyuq sala bilməməsini gün işığına çıxarır. 

Dekabrın 7-də Almaniyanın “Die Zeit” qəzetinə geniş müsahibə verən A.Merkel açıq şəkildə etiraf edib ki, “LNR” və “DNR” məsələsinin həlli ilə bağlı onların 2014-cü ildə Minsk Qrupunu yaratmaqda məqsədi məhz Rusiyanı aldatmaq, münaqişəni dondurmaq, nəticəsiz danışıqlarla vaxtı uzatmaq, Putinin başını qatmaq və beləliklə Ukraynaya özünü toparlaması, güclənməsi üçün fürsət vermək, zaman qazandırmaq olub. 

Sözügedən Minsk Qrupunun yaradılmasının əsas təşəbbüskarı isə məhz Merkelin özü olub. Həmin vaxt Fransanın prezidenti olan Fransua Olland isə Merkelə dəstəkçi rolunda çıxış edib. 

Lakin nə Putin, nədəki Lavrov bunu başa düşməyiblər. Ona görə də Merkelin gecikmiş etirafları Putinin də, Lavrovun da lap cızdağını çıxarıb. 

Merkelin etiraflarına reaksiya verən Rusiya lideri Almaniya ilə bağlı yanıldığını etiraf edib və deyib ki, “Almaniyanın keçmiş kansleri Angela Merkeldən bunu gözləmirdim”.

Sən demə, Putin Almaniyanın Rusiyanın yanında olduğunu düşünürmüş. Lakin Merkelin məlum açıqlamasından sonra başa düşüb ki, əslində yanılıb:

“Mən düşünürdüm ki, Almaniya Federasiyası bizi səmimi qəlbdən dəstəkləyir. Düzdür, müharibə zamanı onlar Ukrayna tərəfinə müəyyən yardımlar göstəriblər, amma mən Almaniyanın bu məsələdə Rusiyanın yanında olduğunu və həqiqi mənada Minsk razılaşmasına müvafiq olaraq münaqişənin normallaşmasına çalışdığını zənn edirdim”.

Bax belə. 

Ukraynaya qarşı müharibəyə başlamazdan öncə özünü dünyanın ən ağıllı strateqi sayan Putinin Qərbin ən adi hiyləgər taktiki gedişini belə vaxtında dərk edə bilməməsi həqiqətən də heyrət doğurur.  Və bunun da əsas günahkarı bəlli ki, ilk növbədə məhz Lavrovdur.

Rusiyanın bu ədabaz baş diplomatını onun qərbli həmkarları rəsmən axmaq yerinə qoyublar. Lavrov Minsk Qrupunun geosiyasi “tələ” olduğunu başa düşə bilməyib. 

P.S. Qərb vaxtilə bizim də başımıza corab hörmək və Qarabağ münaqişəsini dondurmaqla torpaqlarımızın işğalını legitimləşdirmək, bizi işğalın nəticələri ilə barışdırmaq, ermənilərə isə işğal olunmuş ərazilərimizdə möhkəmlənmək fürsəti vermək üçün Minsk Qrupu yaratmışdı və üç həmsədr təyin etmişdi. Həmin həmsədrlərin işi-gücü isə tez-tez bölgəyə turist kimi səfər etməkdən və ermənilərin maraqlarına xidmət edən “status-kvo” vəziyyətini qoruyub saxlamaqdan ibarət idi. Lakin biz 44 günlük müharibədə Qələbə əldə etməklə Minsk Qrupunu da, onun həmsədrlərini də siyasi səhnədən sildik, 30 illik “Qordi düyünü”nü çözdük.

Yeri gəlmişkən, 30 il ərzində başımıza corab hörən, bizə “tələ” quran həmin o üç həmsədr ölkədən biri də elə Rusiya idi. Lakin sonda isə Rusiyanın özünə də eyni üsulla “tələ” qurdular. 

Burda deyiblər e, “nə əkərsən, onu da biçərsən”. Bax, bunun özü də ilahi ədalətin bir təzahür formasıdır...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)