Merkelin Qafqaz səfəri
I yazı
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Yaşıllar yarpaq tökür
Hakim koalisiya partiyasında kütləvi istefalar
-
Polis şübhəlini axtarır
Kölndə müəmmalı partlayışlar davam edir
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
Birinciliyə yüksəldilər
Nasizm Avropaya qayıdır?
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
Şengen böhranı
Almaniyanın AB ölkələrini qəzəbləndirən qərarı
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Almaniya həyəcan içində
Nahar vaxtı əsgərlərə hücum etməyi planlaşdıran şübhəli saxlanılıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
Altı ayda 25 faizə yaxın azalma
Yanvar-iyun dövründə Almaniyada şirkətlərin müflisləşməsində ciddi artım
-
“Ksenofobiya və irqçiliyin əleyhinəyik”
Almaniyanın ana müxalifət lideri Merz: “Mühacir əsilli insanlara ehtiyacımız var”
Almaniya hökumət başçısının Cənubi Qafqaz turnesinin səbəb və nəticələrinə 2 aspektdən yanaşmaq olar: Avropa Birliyinin maraqları və Almaniya dövlətinin maraqları. Almaniya AB-nin lider dövləti olduğu üçün bu maraqlar bir-biri ilə ziddiyyət təşkil etmir, əksinə, bir-birini tamamlayır.
Hər üç ölkə - Azərbaycan, Gürcüstan və Ermənistan AB-nin rəsmi proqram daxilində şərq tərəfdaşlarıdır. Gürcüstan həm də AB ilə assosiativ saziş imzaladığı və viza liberallaşmasına nail olduğu üçün digər iki Cənubi Qafqaz ölkəsindən ayrılır və Avropaya daha yaxındır.
2016-cı ilin iyununda elan olunan AB-nin qlobal strategiyasında təşkilatın Şərq siyasətinin konturları da yer alıb. Ən önəmli məqam bundan ibarətdir ki, AB postsovet məkanını Rusiyanın nüfuz dairəsi kimi tanımaqdan imtina edir. Bu imtina “Şərq qonşularımız AB ilə münasibətlərini azad şəkildə özləri müəyyən etməlidir və biz onların dayanıqlılığının gücləndirilməsi istiqamətində çalışacağıq” cümləsi ilə ifadə olunub. AB hələlik bu ölkələrə üzvlük perspektivi vermir, lakin Merkel səfər zamanı ilk dəfə olaraq Gürcüstan və Ukraynanın “Avropa şansı”nın yüksək olmasından danışdı. Çox güman ki, Qərbi Balkan ölkələrinin 2025-ci ilə qədər AB-yə qəbulundan sonra bu iki postsovet ölkəsinin üzvlüyü də gündəmə gələcək.
AB ilə paralel NATO-nun da Gürcüstan və Ukrayna ilə iş apardığı sirr deyil və Trampın müşaviri Bolton ötən günlərdə Kiyevdə bəyan etdi ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi ciddi şəkildə nəzərdən keçirilir. Yəni Qərbin sərt gücü qismində NATO, yumşaq gücü qismində AB postsovet məkanına daxil olmaqdadır. ABŞ və Avropa arasında böyüyən ziddiyyətlər və artan rəqabət bu prosesə mane olmur, əksinə, ABŞ-ın buraxdığı boşluqları (o cümlədən Türkiyə istiqamətində) Avropa (Almaniya, Fransa) doldurmağa çalışır. ABŞ-dan fərqli olaraq, AB konfrontasiya ilə deyil, yaxın tərəfdaşlıq yolu ilə öz maraqlarını yeritməyə üstünlük verir.
AB öz strategiyasında Şərq istiqamətində Mərkəzi Asiyaya qədər olan ərazini özünün birbaşa iqtisadi maraqlarının olduğu zona kimi göstərib. AB burada sabitliyin və rifahın olmasında gerçək mənada maraqlıdır. Türkiyədə başlamaqda olan iqtisadi-maliyyə böhranından Almaniya və Fransanın duyduğu səmimi narahatlıq da bunu sübut edir. Bu coğrafiya Almaniyanın ixracyönümlü iqtisadiyyatı üçün önəmli bazarlardan biridir, təxminən 16-17 milyon əhalinin yaşadığı Cənubi Qafqazın əhəmiyyətini də bu baxımdan kiçiltmək doğru olmazdı. Digər tərəfdən, AB bu coğrafiyadan Avropaya qaçqın axınını arzulamır - istər bu ölkələrin öz vətəndaşları, istərsə də Türkiyədə məskunlaşmış ərəblər, əfqanlar, pakistanlılar və digər millətlərdən olan qaçqınlar olsun. Yəni qısa şəkildə və bəsit dildə belə izah etmək olar: Brüssel və Berlin özünün şərq sərhədlərində sabitliyin və inkişafın olmasında ona görə maraqlıdır ki, yaranacaq hər hansı qeyri-sabitliyin (iqtisadi böhran da daxil olmaqla) neqativ təsirləri Avropaya sirayət etməsin, əhali Avropaya qaçmasın, dövlətlərin, onların əhalisinin alman mallarını almağa pulu olsun...
Səfərin nəticələrinə gəldikdə isə, Ermənistana səfər Sarkisyan dövründə planlaşdırılmışdı və hakimiyyət dəyişikliyindən sonra məzmunsuz, tamamilə yeni baş nazirlə tanışlıq səfərinə çevrildi. Gürcüstanda yeni fikirlər söylənilməsə də, bu ölkənin ərazi bütövlüyünə, avroatlantik inteqrasiya siyasətinə açıq dəstəyin ifadə olunması hər halda, əhəmiyyətsiz deyil. Təbii qaz anbarının inşası üçün 150 milyon avro ayrılması da Gürcüstan üçün vacib sayıla bilər. Anbarda ölkənin illik ehtiyacının 15 faizi qədər qaz yığılacaq və bu, Gürcüstanın enerji təhlükəsizliyinə töhfə verəcək. Azərbaycan bölgədə Almaniyanın ən böyük ticarət tərəfdaşıdır və səfər zamanı bu məsələyə xüsusi vurğu salındı. Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə AB tərəfindən birmənalı dəstək var, lakin bu layihəyə Almaniya sanki məcburiyyətdən - ABŞ-ın və AB daxilindəki “Şimal axını-2” layihəsi əleyhdarlarının etirazlarını azaltmaq, “mən də Rusiyanın maraqlarına qarşı hərəkət edirəm” deyə bilmək üçün dəstək verir. Cənub Qaz Dəhlizinin tamamlayıcısı kimi Transxəzər layihəsinin perspektivi də dumanlıdır. Səhv eləmirəmsə, bu layihənin heç texniki-iqtisadi əsaslandırması aparılmayıb, nə dərəcədə rentabelli olacağı, layihənin necə maliyyələşdiriləcəyi, Türkmənistanın bu boruya nə qədər qaz verə biləcəyi bəlli deyil. Üstəlik, Xəzərin ağası Rusiyanın timsalında geosiyasi əngəl də var.
Merkel Rusiya qazını almağın daha sərfəli olduğunu gizlətmədi, çünki Rusiyadan həm daha böyük həcmdə, həm də daha ucuz qiymətə qaz gələcək. Rusiyanın çoxlu qazı var və malını zay etməyib, hətta maya dəyərinə də olsa, satmaq Moskva üçün vacibdir. Almaniya bu qazı ucuz qiymətə Rusiyadan almaqla, onu öz qazı kimi digər Avropa ölkələrinə paylamaq, beləliklə, AB daxilində öz liderliyini daha da gücləndirmək niyyətindədir. ABŞ isə həm Almaniyanın nüfuz dairəsinin daha da genişlənməsinə, həm Avropanın Rusiyadan enerji asılılığının artmasına, həm də Avropa qaz bazarının Rusiya tərəfindən zəbt olunmasına yol verməmək və yaxın gələcəkdə öz sıxılmış maye qazını daha böyük həcmdə bu bazara çıxarmaq üçün “Şimal axını-2” layihəsinə müqavimət göstərir.