Merkel Qafqaza niyə gəlir?
Xanım baş nazirin səfəri haqqında 7 qeyd
Zeynal ƏMİRALIYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Yaşıllar yarpaq tökür
Hakim koalisiya partiyasında kütləvi istefalar
-
Polis şübhəlini axtarır
Kölndə müəmmalı partlayışlar davam edir
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
Birinciliyə yüksəldilər
Nasizm Avropaya qayıdır?
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
Şengen böhranı
Almaniyanın AB ölkələrini qəzəbləndirən qərarı
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Almaniya həyəcan içində
Nahar vaxtı əsgərlərə hücum etməyi planlaşdıran şübhəli saxlanılıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
Altı ayda 25 faizə yaxın azalma
Yanvar-iyun dövründə Almaniyada şirkətlərin müflisləşməsində ciddi artım
-
“Ksenofobiya və irqçiliyin əleyhinəyik”
Almaniyanın ana müxalifət lideri Merz: “Mühacir əsilli insanlara ehtiyacımız var”
Avropa və keçmiş SSRİ respublikaları Almaniya baş naziri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfərini diqqətlə izləyir. Gürcüstan və Ermənistan səfərlərinə baxanda, Bakı görüşləri daha çox maraq kəsb edir. Politoloqları düşündürən iki sual var: Merkel Cənubi Qafqaza niyə gəlir və xanım baş nazirin Azərbaycana gəlişinin dəyərini digər iki respublikaya səfərinə nisbətən yüksəldən nədir?
1. Cənubi Qafqazda Avropanın siyasi xəttini gücləndirmək. Son zamanlar Tramp administrasiyasının anlaşılmaz hərəkətləri və Kremlin ənənəvi siyasətdən əl çəkməməsi region ölkələrini xüsusi bir əməkdaş tapmağa sövq edir. Belə əməkdaş Avropa İttifaqı ola bilər. Buna görə də birliyin ən təcrübəli siyasətçisi olan xanım Merkel regiona gəlir.
2. Almaniyanın Azərbaycana olan xüsusi marağı-Almaniya ölkəmizdə baş tutan yeni enerji layihələrin də Avropa zonasından açar rolunu oynamaq istəyir.
3. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlar, mətbuatın müstəqilliyi və Azərbaycanın Avropa qarşısında götürdüyü demokratik öhdəliklər səfər zamanı müzakirə edilə bilər.
4. Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttində bəzilərinin gözlədiyi yeni iriçaplı əməliyyatlar ehtimalı da səfər zamanı müzakirə mövzusu ola bilər. Almaniyanın Qarabağla bağlı xüsusi bir məqsədinin olduğu heç kimə sirr deyil. Təkcə onu demək kifayətdir ki, Almaniyanın Ermənistandakı səfiri Rayner Morel ölkəsinin ATƏT-in Minsk Qrupuna həmsədr olmaq isdədiyini bəyan etmişdi. Ancaq sonradan bu məsələ bir daha açılmadı. Aydın məsələdir ki, rəsmi İrəvan Berlinin bu isdəyinə “yox” demişdi. Onuda qeyd edim ki, bu nə Berlinin birinci isdəyidir, nədə İrəvanın ilk “yox”u.1996-cı ildə də Almaniyanın həmsədr seçilməsi təklif olunanda Ermənistan bunu rədd etmişdi. Ermənistanın bu təklifi rədd etməsi anlaşılandır. Çünki Almaniya münaqişənin həllində digər 3 həmsədr ölkədən fərqli olaraq maraqlıdır. Təkcə onu demək kifayətdir ki, 2016-cı ilin “Aprel müharibəsi”dən sonra həmin zaman ATƏT-ə sədrlik edən Almaniya münaqişənin həlli ilə bağlı “7 maddədən ibarət həll paketi”ni təklif etmişdi. Ancaq nədənsə sonrada bu paketin heç maddələri belə açıqlanmadı.
5. Səfərdə şübhəsiz ki, xüsusi olaraq enerji məsələləri müzakirə ediləcək. Almaniyana Azərbaycandan neft alan ölkələr sırasında 6-cı yerdədir. Almanların “RWE” və “E.ON” kimi şirkətləri Azərbaycanın neft-qaz layihələrində iqtisadi paya sahib olsalar da, bu çox cüzi paylardır. Alman hökuməti bu payın artırılmasında maraqlıdır. Səfər zamanı həmçinin SOCAR-ın Almaniyadan almaq isdədiyi “EWE Turkey” şirkətinin səhmləri də müzakirə ediləcəyi gözləniləndir. Qeyd edim ki, “EWE Turkey” şirkəti 2,5 milyard kubmetr təbii qaz tədarükü ilə Türkiyədə ən böyük topdansatış portfolisudur.
6. Almaniyanın enerji təhlükəsizliyi məsələsi səfər zamanı xüsusi əhəmiyyət kəsb edən məsələ kimi müzakirə olunacağı heç kimə sirr deyil. Almaniya enerji məsələsində təxminən 36% Rusiyadan asılı vəziyyətdədir. Berlin bu asılılıqdan azad olmaq üçün Bakı ilə bu sahədə geniş əməkdaşlıq yaratmaq istəyir. Təsadüfi deyil ki, Almaniya hələ 2015-ci ildə Cənubi Qafqaz Layihəsini (TAP) dəstəklədiyini bildirmişdi.
7. İki ölkə arasında bir sıra hökumətlərarası sənədlərin imzalanacağı gözləniləndir. Almaniya Azərbaycan arasında qeyri-neft sektorunda, xüsusilə də aqrar sahədə geniş əməkdaşlıq mühitin üçün imkanlar var. Bunlar da müzakirə edilə bilər. Sonda onu da qeyd edim ki, bu səfər Almaniya kanslerinin tarixdə Azərbaycana, həmçinin Cənubi Qafqaza ilk rəsmi səfəridir. Bunun üçündə səfər xüsusi əhəmiyyət daşıyır. Səfərin son dayanacağının ölkəmiz olması isə xüsusi əhəmiyyətli bir məsələdir. Tiflis və İrəvanda müzakirə ediləcək ümumregion əhəmiyyətli məsələlər Bakıdan yekun razılıq alındıqdan sonra icra oluna bilər. Çünki Azərbaycan həqiqətən də regionda hazırda aparıcı güc mərkəzidir.