Yunanıstan Makedoniya dilini tanımır
«Məqsəd heç vaxt mövcud olmayan dili yaratmaq olub»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
250 min sərmayəyə “qızıl viza”
Yunanıstan hökuməti kirayə ev sahiblərinə 3 illik vergi azadlığı vəd edib
-
Ciddi təhlükə ilə üz-üzə
Görənlər dəhşətə gəlib, 100 tondan çox ...
-
Bu il yanğınların sayı 50 faiz artıb
Nazir fəlakətlərə görə iqlim dəyişikliyini səbəb göstərir
-
Minlərlə ölü balıq dənizi bürüdü
Yunanıstan sahillərində görünməmiş təbii fəlakət
-
“Vaqner” qrupuna aid vəsiqə
Motosiklet qəzasına düşən digər rusiyalının üzərindən isə tapança çıxıb
-
Əsrin sonunda Avropa cəhənnəmə dönəcək
Həddindən artıq istilər səbəbindən ölümlər 5 dəfə artacaq
-
AB-dən özünütənqid hesabatı
“Sərhədlərində miqrantlara qarşı insan haqları pozuntusu faktları effektiv şəkildə araşdırılmır”
-
Yanan da yunan, yaman da
72 yaşlı qocaya 37 ay həbs cəzası verilib
-
Yunanıstan Kiprdə dəniz bazası tikəcək
İki müdafiə naziri razılığa gəlib
-
Moskva Afinaya qəzəblidir
Yunanıstan “F-16”lar üçün yeni formul tapıb
-
Bir həftədə 7 nəfər ölüb
Yunanıstanda “Covid-19” həyəcanı
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
-
Yunanıstan “bişir”
“Afrika tozu” isti küləklərlə bərabər zəhərli hava da gətirir
-
Ərini günahlandırdı
Qətər isə yunan millət vəkilinə rüşvət verilməsi barədə iddiaları yalanladı
İyunun 30-da Yunanıstanın 6 aylıq sədrliyi başa çatıb. Baş nazir Antonis Samaras parlamentarilərin hesabatını dinləyib. Makedoniyanın «MİA» agentliyinin jurnalisti ölkəsinin Aİ-yə qoşulma prosesinin ləngiməsi ilə bağlı Samarasa sual verib. Jurnalistlə mübahisə edən Samaras dil məsələsində çaşıb qalıb. Bu barədə «EurActiv» xəbər portalı məlumat verir.
«Mənim Makedoniya dilinin olduğundan xəbərim yoxdur. Aİ-yə qoşulma prosesi müəyyən tələblərə görə həyata keçirilir. Aİ Şurası bu tələblərə cavab verməyən ölkələrlə üzvlük danışıqlarına başlamamağı qərara alıb. Əks təqdirdə, bu genişlənmə prosesinin etibarlılığını şübhə altında qoyar», - «Skopye» agentliyinə görə, Samaras belə deyib.
Jurnalist isə cavabında qeyd edib ki, Makedoniya dili var, dünyadakı bütün dilçilər də bunu tanıyır. Yunanıstandakı makedoniyalı azlıqlar da həmin dildə danışırlar. Yunanıstan isə onları tanımayıb.
Fransız dilində qarşılıq verən Samaras bildirib ki, həmin dili Titonun dövründə Yuqoslaviya kommunistləri yaradıb.
Bu mübahisələr Afina və «Skopye» arasında münasibətlərin gərginliyindən xəbər verir. Halbuki, bu kiçik Balkan ölkəsi də Aİ inteqrasiya prosesinə qoşulmaq istəyir. Yunanıstan Makedoniya adını tanımır. Yunanıstanın cənubunda eyni adlı əyalət də var. Samaras bununla ölkəsinin Makedoniyanın dili ilə də bağlı problemi olduğunu göstərdi.
Makedoniya 1991-ci ildə müstəqilliyini elan edənə qədər sabiq Yuqoslaviya ölkəsi idi. Yuqoslaviya II Dünya müharibəsindən sonra yaradılan kommunist ölkəsi olub. 1980-ci ilə - ölümünə qədər ölkəyə Broz Tito rəhbərlik edib. Titonun zamanında ölkədə 3 dil olub: Serbo-Xorvat, Makedoniya və Sloveniya dili. Yuqoslaviyanın dağılmasından sonra Xorvatiya, Bosniya və Çernoqoriya dilləri ortaya çıxıb.
Hazırkı Makedoniya dili 1945-ci ildə Yuqoslaviya federasiyasının bir hissəsi olan Makedoniya Sosialist Respublikasının rəsmi dili olub. Kodifikasiyaların çoxu məhz həmin dövrdə yaranıb.
Yunanıstanla yanaşı, Bolqarıstan üçün də Makedoniya dili siyasi cəhətdən mübahisəlidir. Bolqarıstan Makedoniyanın müstəqilliyini tanıyan ilk ölkədir. Buna baxmayaraq, Bolqarıstan Makedoniya dlini tanımır. İkitərəfli sənədləri imzalanması ilə bağlı Makedoniya dilinin adı çəkilmir. «Sənədlər hər iki ölkənin rəsmi dillərində imzalanıb», - qeyd olunur.
Bolqar professor və sabiq nazir Bojidar Dmitrov bildirib ki, Makedoniya dili Serbiya əlifbası ilə yazılmış Bolqar dilidir. Onun sözlərinə görə, 1945-ci ildən sonra Makedoniya hökuməti Blaqov Koneyin başçılığı ilə xüsusi kommissiya yaradıb. Məqsəd heç vaxt mövcud olmayan Makedoniya dilini yaratmaq olub.
Aİ-nin genişlənmə üzrə komissarı Ştefan Fülenin nümayədəsi Peter Stano Samarasın sözləri haqqında heç bir fikri olmadığını bildirib.
Aİ ölkələrinin hamısı Makedoniyanın konstitusional adını tanımır. Ona görə də Komissiya onu «Sabiq Yuqoslaviya ölkəsi Makedoniya» adlandırır. Komissiya bəzən rəsmi sənədlərdə «Macedonian» sifətindən istifadə etsə də, bununla ölkənin dilini nəzərdə tutmur.