Yunanıstan “bişir”
“Afrika tozu” isti küləklərlə bərabər zəhərli hava da gətirir
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Maliyyə modelləri ilə işğal
Rotşildlər ailəsi nazirləri necə ələ keçirir və Pentaqonun gizli planı ...
-
Yunanıstan Meteorologiya İdarəsinin məlumatına görə, martın 28-31-də ölkənin bir çox bölgəsində havanın temperaturu mövsüm normalarından yüksək olub.
Mart ayında indiyə qədər qeydə alınan ən yüksək temperaturu nəzərə alsaq, temperatur rekord həddə çataraq 30 dərəcəyə yaxınlaşıb.
Ən yüksək temperatur martın 31-də Livadiya şəhərində qeydə alınıb – 29,8 dərəcə.
Bu azmış kimi, Afrika üzərindən gələn isti dalğasının gətirdiyi toz ölkənin bir çox bölgəsinə təsir edib.
Mütəxəssislərin proqnozları görə, aprelin 2-də Afrikadan gələn isti havanın rekordlar qıracağı və temperaturun 30-31 dərəcəyə çatacağı gözlənilir.
Yunanıstan Meteorologiya İdarəsinin dərc etdiyi təhlildə ölkədə 2023-2024-cü illərin qış fəslinin indiyə qədər qeydə alınan ən isti qış olduğu bildirilib.
Vurğulanıb ki, 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar və fevral aylarında ölkədə havanın temperaturu mövsümi normalardan yüksək olub, Yunanıstanda qışda temperatur 1960-cı ildəkindən 1,8 dərəcə artaraq 11 dərəcəni keçib.
Yunanıstandakı mütəxəssislər keçən həftə Afrikadan gələn "səhra tozunun" zəhərli və sağlamlığa zərərli olduğu barədə xəbərdarlıq etmişdilər.
Yunanıstan səhiyyə təşkilatlarının yaydığı açıqlamada Afrikadan gələn “səhra tozunun” tərkibində polen, bakteriya və göbələklərlə birləşən kiçik hissəciklər olduğu və başda tənəffüs sistemi olmaqla insan sağlamlığı üçün zəhərli və zərərli bir qarışıq olduğu ifadə edilib və xüsusilə tənəffüs problemi olanların diqqətli olmaları məsləhət görülüb.