

Avropa Parlamenti İranda insan haqlarının pozulmasını pisləyib
Avropa Parlamentinin kritik həftəsi başlayır
İyulun 14-də AP prezidentliyinə səsvermə olacaq
Avropa seçkilərində geri sayım başladı
“Demokratiya hücuma məruz qalıb, cəmiyyətimiz təhlükədədir”
600 min avro nağd pul, bahalı hədiyyələr ...
Avropa Parlamentinin vitse-prezidenti, yunan millət vəkili cinayət başında ifşa olundu
Fars-molla rejiminin maskası Nəsrin Sütudənin həbsi ilə yırtıldı
“Kreml artıq Avropa İttifaqının strateji tərəfdaşı deyil!”
Rotşildlər ailəsi nazirləri necə ələ keçirir və Pentaqonun gizli planı ...
Avropa İttifaqında dönəri qadağan edə bilərlər
Erməni ekspert Sərkisyanı cəmiyyəti hərbiləşdirilmədə və hakimiyyəti bir mərkəzdən idarə etməsində günahlandırıb
«Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə hüquqi qüvvəyə malik deyil»
Devid MakAlister Dağlıq Qarabağa səfər edən AP üzvləri barədə
Avropa Parlamentinin 150 deputatı birgə bəyanat yayıb
Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr oldu
Avropa Parlamentinin (AP) sədr müavini olarkən korrupsiya və rüşvət iddiaları çərçivəsində saxlanılan Eva Kailinin yunan vəkili, mətbuatda əks olunan fotoşəkillərdəki pulların yalnız bir hissəsinin Kailinin evində tapıldığını bildirib və buna görə günahlandırıb.
Yunanıstanda yayımlanan MEGA TV-yə danışan vəkil Mixalis Dimitrakopoulos, polisin götürdüyü və Belçika mətbuatında əks olunan pullarla bağlı fikrini bildirib.
Faylın məxfiliyinə görə təfərrüatları paylaşa bilməyəcəyini vurğulayan Dimitrakopoulos, fotolardakı pulların tam olaraq kimə aid olduğunun aydın olmadığını bildirib.
Belçika Federal Prokurorluğunun korrupsiya və rüşvət istintaqı çərçivəsində müxtəlif nöqtələrdə ələ keçirdiyi külli miqdarda pul bağlamalarının 9 fərqli nöqtədə apardığı axtarışlar nəticəsində tapıldığını qeyd edən Dimitrakopulos bildirib ki, pulun bir hissəsi Kailinin evində tapılıb.
Dimitrakopoulos, “Kailinin evində tapılan sikkələrlə müvəkkilinin ilə heç bir əlaqəsi yoxdur. Pulun kimə aid olduğu ilə bağlı cavab verə biləcək yeganə onun həyat yoldaşıdır” dedi.
Yunan millət vəkilinin atası Aleksandros Kailinin yanındakı çamadanda pul olması barədə məlumatın doğru olduğunu ifadə edən Dimitrakopoulos, bu pulu Kailinin eyni istintaq çərçivəsində nəzarətə alınan həyat yoldaşı Françesko Giorgi tərəfindən verildiyini iddia edib.
“Qətərin Kailiyə rüşvət vermək üçün heç bir səbəbi yox idi”, – deyə Dimitrakopoulos bildirib.
Kailinin Qətərə səfərinin Avropa Parlamentinin sədri Roberta Metsolanın məlumatı və göstərişi daxilində olduğunu bildirən Dimitrakopoulos, müvəkkilinin bu ölkənin maraqları üçün xüsusi bir xidmətinin olmadığını iddia edib.
***
Fransanın Strasburq şəhərində toplanan AP Baş Assambleyasında dünən keçirilən səsvermədə 625 deputatın səsi ilə Kailinin vitse-prezident vəzifəsindən uzaqlaşdırılmasına qərar verilib.
AP-nin 14 vitse-prezidentindən biri olan Kaili ilə bağlı qərar dərhal qüvvəyə minib.
Mətbuat Eva Kaili və digər məhbusların AP-nin iqtisadi və siyasi qərarlarına təsir etmək üçün Qətərdən rüşvət aldığını iddia edib. Qarşı tərəf iddiaları rədd edib.
Avropa İttifaqının Qətər missiyasından verilən açıqlamada, “Qətəri mətbuatda bəzi şəxslərə qarşı ittihamlarla əlaqələndirmək cəhdləri birmənalı olaraq rədd edilib” və Qətər dövlətinin əlaqələndirdiyi bu xəbərlərin əsassız olduğu ifadə edilib.