
AB-də müdafiə və miqrasiya müzakirələri
Liderlər Avropanın müdafiəsini və rəqabət qabiliyyətini artırmağın vacibliyini vurğulayıb
Liderlər Avropanın müdafiəsini və rəqabət qabiliyyətini artırmağın vacibliyini vurğulayıb
Almaniya hökuməti mailyyələşdirdiyi nüvə silahının düyməsini Makronun nəzarətinə verəcəkmi?
“Huawei”dən pul almaq iddiaları ilə bağlı üç Avropa Parlamenti məsləhətçisinin otağı möhürlənib
İyirmiyə yaxın axtarış aparılıb
Avropa Parlamentinin qərəzi erməni lobbisinin təsirinin növbəti təzahürüdür
Avropa Parlamentində korrupsiya araşdırması
Avropa Parlamenti İranda insan haqlarının pozulmasını pisləyib
Avropa Parlamentinin kritik həftəsi başlayır
İyulun 14-də AP prezidentliyinə səsvermə olacaq
Avropa seçkilərində geri sayım başladı
Qətər isə yunan millət vəkilinə rüşvət verilməsi barədə iddiaları yalanladı
600 min avro nağd pul, bahalı hədiyyələr ...
Avropa Parlamentinin vitse-prezidenti, yunan millət vəkili cinayət başında ifşa olundu
Fars-molla rejiminin maskası Nəsrin Sütudənin həbsi ilə yırtıldı
“Kreml artıq Avropa İttifaqının strateji tərəfdaşı deyil!”
Rotşildlər ailəsi nazirləri necə ələ keçirir və Pentaqonun gizli planı ...
Avropa Parlamentini (AP) sarsıdan rüşvət qalmaqalı ilə bağlı şok davam edərkən, hadisə ilə bağlı yeni inkişaflar da yaşanıb. Belçikada 3 AP üzvü və Yunanıstan deputatı, AP vitse-prezidenti Eva Kaili ilə bağlı korrupsiya qalmaqalı çərçivəsində başladılan istintaq davam edir. Belçika polisi Qətərin bəzi Avropa Parlamenti işçilərinə iqtisadi və siyasi qərarlara təsir etmək üçün rüşvət verməsi səbəbiylə başladılan istintaq çərçivəsində dünən AP ofislərində axtarış aparıb.
Digər tərəfdən, Eva Kaili ötən gün qalmaqaldan sonra işdən çıxarılıb. Dünən AP səsverməsində 625 üzv Kailinin vəzifəsindən uzaqlaşdırılmasına səs verib. Yalnız bir deputat “xeyr”, iki deputat isə bitərəf qalıb. Parlamentin 14 vitse-prezidentindən birinin vəzifədən uzaqlaşdırılması üçün üzvlərin ən azı üçdə ikisinin səsi tələb olunurdu. Yunanıstanda daha əvvəl partiyası PASOK-dan xaric edilən Kaili AP-dəki Sosialistlər və Demokratlar Qrupundan da xaric edilib. Kailinin atası və həyat yoldaşı da istintaq çərçivəsində Yunanıstanda dindirilib.
Saxlanılanlar arasında rüşvət qalmaqalında hallanan Eva Kailinin şəriki Françesko Giorgi də var.
***
Səsvermədən əvvəl çıxış edən parlamentin sədri Roberta Metsola diqqətçəkən açıqlamalar verib. Metsola parlamentin etimadını xilas edəcəyinə söz verərək, “Avropa demokratiyası hücuma məruz qalır. Azad və demokratik cəmiyyətlərimiz təhlükə altındadır” deyib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen ittihamların çox ciddi olduğunu bildirib və parlamentə nəzarət etmək üçün yeni etika komissiyasının yaradılmasını istəyib.
İstintaq çərçivəsində indiyədək 1 milyon avroya yaxın pul müsadirə edilib. Saxlanılan 4 nəfər “cinayətkar təşkilata qoşulma, çirkli pulların yuyulması və korrupsiya” maddələri ilə ittiham olunur. Həbs olunanlar bu gün məhkəmənin hazırlıq iclasına çıxarılacaq. Kailinin vəkili Miçalis Dimitrakopoulos dünən Yunanıstan mətbuatına verdiyi açıqlamada müvəkkilinin Qətərdən rüşvət almadığını və onun günahsız olduğunu bildirib. Qətər hökuməti də korrupsiya qalmaqalında əli olması ilə bağlı ittihamları rədd edir. İstintaqın AP tarixində ən böyük korrupsiya qalmaqalı olduğu bildirilir.