vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AVROPA  
AB-də müdafiə və miqrasiya müzakirələri 01:11 | 21 mart 2025 | Cümə Məqaləyə 77 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AB-də müdafiə və miqrasiya müzakirələri

Liderlər Avropanın müdafiəsini və rəqabət qabiliyyətini artırmağın vacibliyini vurğulayıb

Cavid SƏRXANBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Brüsseldə keçirilən Avropa Birliyi (AB) sammitinin nəticələrini müdafiə, təhlükəsizlik, miqrasiya və iqtisadiyyat mövzularından bəhs edən bəyanat yayıb.

AB liderləri sammitdə müdafiə və rəqabət qabiliyyətinə sərmayə qoyuluşu ehtiyacının bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb və hər iki sahədə qlobal rəqiblərlə fərqi aradan qaldırmaq üçün səylərin sürətləndiriləcəyini açıqlayıblar.

AB Şurasının paylaşdığı bəyanatda geosiyasi risklərin və qeyri-müəyyənliklərin daha da artdığı, iqtisadiyyatların dayanıqlığını və rəqabət qabiliyyətini artırmaqda qərarlı olduqları bildirilib.

Bəyannamədə davamlı və inklüziv inkişafı təşviq etmək üçün məhsuldarlığı və investisiyaları artıran yaxşı əlaqələndirilmiş makroiqtisadi siyasətlərin həyata keçiriləcəyinə diqqət çəkilib, Əmanət və İnvestisiya İttifaqı sahəsində sürətli irəliləyişlərin olması vurğulanıb.

“Biz əmanətləri səfərbər etmək və Aİ-nin rəqabət qabiliyyətini dəstəkləmək üçün lazım olan investisiyaları maliyyələşdirmək üçün xüsusilə Kapital Bazarları İttifaqına diqqət yetiririk”, – bəyanatda deyilir.

Sənətdə rəqəmsal avro sahəsində işlərin sürətləndirilməsinin vacibliyinə diqqət çəkilərək, bunun rəqabətədavamlı və davamlı Avropa ödəniş sistemini dəstəkləyəcəyi bildirilib.

Bəyanatda Bolqarıstanın avroya keçid istiqamətində irəliləyişləri alqışlanıb və AB Komissiyası və Avropa Mərkəzi Bankının (AMB) qiymətləndirmələri gözlənilib.

“Müdafiəmizə sərmayə qoyma ehtiyacı və rəqabət qabiliyyətliliyimiz bir-biri ilə sıx bağlıdır”, – deyən bəyanatda qeyd edilib ki, AB daha rəqabətli olmaqla öz vətəndaşlarını, dəyərlərini və maraqlarını qlobal səhnədə daha yaxşı qoruya bilər.

Bəyannamədə AB-nin rəqabət qabiliyyətinin artırılmasının və iqlim hədəflərinə uyğun olaraq Vahid Bazarın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Vurğulanıb ki, AB qlobal rəqibləri ilə innovasiya və məhsuldarlıq fərqinin aradan qaldırılmasına töhfə vermək üçün tənzimləmə və inzibati yükləri sadələşdirməli və azaltmalıdır. Bu AB iqtisadiyyatına lazımi sərmayəni təmin etmək üçün enerji qiymətlərinin aşağı salınmasına və şəxsi qənaətlərin səfərbər edilməsinə üstünlük verəcək.

Bəyannamədə AB və onun üzv dövlətlərinin vətəndaşları və biznesləri yüksək enerji xərclərindən qoruyacağı, sərfəli və təmiz enerji təchizatını təmin etmək üçün səylərini artıracaqları, enerji təchizatı təhlükəsizliyini təmin etmək məqsədilə Avropaya əlavə tədarüklərin intensivləşdirilməsi üçün səylərin göstəriləcəyi bildirilib.

Bəyannamədə bütün Avropada əmanət və investisiya imkanlarının artırılması üçün səylərin artırılmasının və qəti addımların atılmasının vacibliyinə diqqət çəkilib və AB Komissiyasından birliyi üzv ölkələrdə fərdi pensiya məhsullarını, özəl kapital və vençur kapitalı ekosistemini təkmilləşdirəcək təklifləri sürətləndirilməsi xahiş olunub.

***

Bəyannaməyə AB liderləri müdafiə məsələsini də daxil ediblər.

Avropa Şurası xatırladır ki, təhlükəsizlik və müdafiə sahəsində daha güclü və bacarıqlı AB qlobal və transatlantik təhlükəsizliyə müsbət töhfə verəcək və kollektiv müdafiənin əsası olan NATO-nu tamamlayacaq.

Miqrasiya ilə bağlı bəyanatda qeyd olunub ki, liderlər qeyri-qanuni miqrasiyanın qarşısının alınması və qayıdışların asanlaşdırılması üzrə son işi nəzərdən keçirib və birliyin xarici sərhədlərində təhlükəsizliyi gücləndirmək əzmini təsdiqləyiblər.