vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AVROPA  
10 deputat hədəfdə 20:04 | 3 mart 2025 | Bazar ertəsi Məqaləyə 207 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

10 deputat hədəfdə

Avropa Parlamentində korrupsiya araşdırması

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Baş Prokurorluğu (EPPO) Avropa Parlamentinin (AP) 10-a yaxın hazırkı və keçmiş deputatı barəsində korrupsiya şübhəsi ilə istintaqa başlayıb.

Belçikanın fransızca nəşr olunan “Le Soir” qəzetində yer alan xəbərə görə, Avropa Parlamentinin deputatları köməkçilərinə verdikləri maaş və müavinətlərdə qanun pozuntularında şübhəli bilinirlər.

Korrupsiyada təqsirli bilinən 10-a yaxın deputat arasında əvvəllər eyni ittihamla vəzifəsindən uzaqlaşdırılan Yunanıstan deputatı Eva Kaili və Belçikalı deputatlar Vilde Vautmans və Tom Vandendriesşe var.

İstintaq çərçivəsində aparılan araşdırmalar nəticəsində EPPO korrupsiya hallarında ümumi artım olduğunu, 2024-cü ildə apardığı araşdırmaların isə əvvəlki ilə nisbətən iki dəfə artdığını müəyyən edib.

EPPO daha əvvəl Avropa Birliyi (AB) Komissiyasının “COVİD-19” pandemiyası zamanı vaksinlərin alınması ilə bağlı müqavilədə hər hansı pozuntuya yol verib-verməməsi ilə bağlı araşdırmaya başlamışdı.

Ofis korrupsiya cinayətləri haqqında adekvat məlumat vermədiklərinə görə AB qurumlarını tez-tez tənqid edir.

***

AP təxminən 3 il əvvəl korrupsiya qalmaqalı ilə gündəmə gəlmişdi. Belçika səlahiyyətliləri tərəfindən aparılan istintaq çərçivəsində 2022-ci ilin dekabrında bir çox yerdə axtarışlar aparılmış və 1,5 milyon avro ələ keçirilmişdi.

AP vitse-prezidenti səlahiyyətlərinə xitam verilən Yunanıstan deputatı Eva Kaili, keçmiş italiyalı deputat Pier Antonio Panzeri, Kailinin AP-də köməkçi işləyən sevgilisi Françesko Qiorqi və QHT meneceri Nikolo Fiqa-Talamanka saxlanılıb.

Bu şəxslərin AP-nin iqtisadi və siyasi qərarlarına təsir etmək üçün körfəz ölkələrinin birindən rüşvət aldıqları iddia edilirdi. Mövzu ilə bağlı xəbərlərdə adı keçən Qətər isə iddiaları təkzib edib.

Nəhayət, 14 aprel 2023-cü ildə Kaili də daxil olmaqla bütün məhbuslar şərti azadlığa buraxıldı.

Digər tərəfdən, Belçika Federal Prokurorluğunun rəhbərlik etdiyi istintaqın dalana dirənməsi ilə bağlı tənqidlər var.