
AB-də müdafiə və miqrasiya müzakirələri
Liderlər Avropanın müdafiəsini və rəqabət qabiliyyətini artırmağın vacibliyini vurğulayıb
Liderlər Avropanın müdafiəsini və rəqabət qabiliyyətini artırmağın vacibliyini vurğulayıb
Almaniya hökuməti mailyyələşdirdiyi nüvə silahının düyməsini Makronun nəzarətinə verəcəkmi?
“Huawei”dən pul almaq iddiaları ilə bağlı üç Avropa Parlamenti məsləhətçisinin otağı möhürlənib
İyirmiyə yaxın axtarış aparılıb
Avropa Parlamentinin qərəzi erməni lobbisinin təsirinin növbəti təzahürüdür
Avropa Parlamentində korrupsiya araşdırması
Avropa Parlamenti İranda insan haqlarının pozulmasını pisləyib
Avropa Parlamentinin kritik həftəsi başlayır
İyulun 14-də AP prezidentliyinə səsvermə olacaq
Avropa seçkilərində geri sayım başladı
Qətər isə yunan millət vəkilinə rüşvət verilməsi barədə iddiaları yalanladı
“Demokratiya hücuma məruz qalıb, cəmiyyətimiz təhlükədədir”
Avropa Parlamentinin vitse-prezidenti, yunan millət vəkili cinayət başında ifşa olundu
Fars-molla rejiminin maskası Nəsrin Sütudənin həbsi ilə yırtıldı
“Kreml artıq Avropa İttifaqının strateji tərəfdaşı deyil!”
Rotşildlər ailəsi nazirləri necə ələ keçirir və Pentaqonun gizli planı ...
Avropa Parlamentinin (AP) Brüsseldəki mənzil qərargahındakı korrupsiya əməliyyatında saxlanılan AP vitse-prezidentlərindən Kailinin mövzusu gündəmdən düşmür. Belçika Federal Prokurorluğunun sözçüsü bildirib ki, Kaili və digər məhbusların dindirilməsi bu gün də davam edib.
AP sədri Roberta Metsola “Twitter”də deyib: “AP korrupsiyaya qarşı qətiyyətlə dayanır. İndiki mərhələdə biz bütün müvafiq hüquq-mühafizə və məhkəmə orqanları ilə tam əməkdaşlıq etdiyimizi və olacağımızı təsdiqləməkdən başqa, davam edən araşdırmalara münasibət bildirə bilmərik. Ədalətin bərqərar olması üçün əlimizdən gələni edəcəyik”.
Kailinin üzv olduğu AP-dəki Sosialistlər və Demokratların Mütərəqqi Alyansı (S&D) də üzvlüyünün dayandırıldığını açıqlayıb. Yunanıstanın müxalifət partiyası PASOK dünən Kayli partiyadan xaric edib.
Belçika mətbuatında çıxan xəbərlərə görə, həbs olunanlar arasında AP-nin 14 vitse-prezidentindən biri olan Kaili və S&D-nin keçmiş italiyalı deputatı və İtaliyanın Articulo Uno Partiyasının üzvü Pier-Antonio Panzeri, Beynəlxalq Təşkilatın baş katibi Luca Visentini, Həmkarlar İttifaqları Konfederasiyası və S&D qrupunun köməkçisi Françesko Giorgi də var.
Belçika Federal Prokurorluğu dünən elan etdi ki, adı açıqlanmayan körfəz ölkəsi AP-nin qərarlarına təsir etmək üçün bir neçə ay ərzində təşkilatdakı strateji mövqedə olan insanlara külli miqdarda nağd pul verməkdə və yüksək dəyərli hədiyyələr təqdim etməkdə şübhəli bilinir.
Açıqlamada, dünən edilən axtarışlar zamanı ümumilikdə 600 min avro nağd pul, kompüter avadanlığı və cib telefonunun ələ keçirildiyi bildirilib.