
AB-də müdafiə və miqrasiya müzakirələri
Liderlər Avropanın müdafiəsini və rəqabət qabiliyyətini artırmağın vacibliyini vurğulayıb
Liderlər Avropanın müdafiəsini və rəqabət qabiliyyətini artırmağın vacibliyini vurğulayıb
Almaniya hökuməti mailyyələşdirdiyi nüvə silahının düyməsini Makronun nəzarətinə verəcəkmi?
“Huawei”dən pul almaq iddiaları ilə bağlı üç Avropa Parlamenti məsləhətçisinin otağı möhürlənib
İyirmiyə yaxın axtarış aparılıb
Avropa Parlamentinin qərəzi erməni lobbisinin təsirinin növbəti təzahürüdür
Avropa Parlamentində korrupsiya araşdırması
Avropa Parlamenti İranda insan haqlarının pozulmasını pisləyib
Avropa Parlamentinin kritik həftəsi başlayır
İyulun 14-də AP prezidentliyinə səsvermə olacaq
Avropa seçkilərində geri sayım başladı
Qətər isə yunan millət vəkilinə rüşvət verilməsi barədə iddiaları yalanladı
“Demokratiya hücuma məruz qalıb, cəmiyyətimiz təhlükədədir”
600 min avro nağd pul, bahalı hədiyyələr ...
Avropa Parlamentinin vitse-prezidenti, yunan millət vəkili cinayət başında ifşa olundu
Fars-molla rejiminin maskası Nəsrin Sütudənin həbsi ilə yırtıldı
“Kreml artıq Avropa İttifaqının strateji tərəfdaşı deyil!”
Avropa Parlamenti (AP) “Çin texnologiya şirkəti “Huawei”nin adından lobbiçilik fəaliyyəti göstərmək” adı altında rüşvətxorluq, saxtakarlıq və çirkli pulların yuyulması cinayətləri törətməkdə şübhəli bilinən 5 deputatın toxunulmazlığının götürülməsini istəyib. İstintaqla bağlı indiyədək 8 nəfər həbs edilib.
AP sədri Roberta Metsola Brüsseldə keçirilən Baş Assambleyada istintaqda adı hallanan deputatların adlarını açıqlayıb. Bu adlar arasında “Huawei”nin hazırkı və keçmiş işçiləri, lobbiçilər və deputatların köməkçiləri var.
Müvafiq olaraq, Belçika hakimiyyəti AP-də ən böyük çoxluğa malik Xristian Demokratlar kimi tanınan Avropa Xalq Partiyasının (EPP) İtaliya nümayəndə heyətinin rəhbəri Fulvio Martusçiello, Kuzi Prinsi və Salvador de Meo, ikinci ən böyük partiyadan (Sosialistlər və demokralardan) Maltalı deputat Daniel Attard, “Avropanı Yenilə” (“Renew Europe”) qrupundan bolqarıstanlı deputat Nikola Minçevin toxunulmazlığının ləğvini tələb edib.
***
AP mətbuat katini Delfin Kolard bildirib ki, AP-nin Hüquq Məsələləri Komitəsi sorğuları nəzərdən keçirəcək və araşdırma nəticəsində səsvermə keçiriləcək. Toxunulmazlıqların aradan qaldırılması ilə bağlı yekun qərar Baş Assambleyada səsvermə yolu ilə veriləcək.
Eyni təcrübə daha əvvəl AP-nin keçmiş vitse-prezidenti və Yunanıstan deputatı Eva Kailinin də iştirak etdiyi istintaq prosesində istifadə olunub.
***
2022-ci ilin dekabrında Belçika səlahiyyətliləri tərəfindən aparılan istintaq çərçivəsində bir çox yerdə aparılan axtarışlarda 1,5 milyon avro ələ keçirilmişdi. Vitse-prezident vəzifəsinə xitam verilən Kaili və AP-də köməkçi işləyən ortağı Françesko Corci və onu müşayiət edən şəxslərdən bəziləri nəzarətə alındı. Bu şəxslərin AP-nin iqtisadi və siyasi qərarlarına təsir etmək üçün körfəz ölkələrindən birindən rüşvət aldıqları iddia edilirdi.
İstintaqda adı çəkilən deputatlar Kaili, italyan Andrea Kozzolino və belçikalı Mark Tarabellanın toxunulmazlığı ləğv olundu. Bir müddət sonra bütün məhbuslar şərti azadlığa buraxıldı.
AP-nin adı tez-tez korrupsiya qalmaqallarında hallanır. Fransalı siyasətçi Marin Le Pen martın 31-də Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilinib.