vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
10:37 | 5 iyul 2014 | Şənbə Məqaləyə 1833 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müdafiə naziri və baş qərargah rəisi dəyişdi

Ollandla Merkel isə Putindən tələb etməkdən bezmədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Poroşenko yeni müdafiə naziri və silahlı qüvvələrin baş qərargah rəisini təyin edib. Prezidentin məqsədi rusyönümlü separatçılara qarşı hərbi əməliyyatları gücləndirməkdir. Məlumatı «Deutsche Welle» yayıb.


İyulun 3-də parlament prezident Poroşenkonun silahlı qüvvələrdə vəzifə dəyişikliyini təsdiqləyib. Ukrayna lideri  general-polkovnik Valeri Heleteyi Mixayil Kovalın yerinə müdafiə naziri təyin edib. General-leytenant Viktor Mujenko isə silahlı qüvvələrin baş qərargah rəisi olub.

Bundan əlavə, ötən ay vəzifəyə gəlmiş Poroşenko hökumətin ölkənin şərqində qiyamlara son qoymaq üçün silahlı qüvvələri dəstəkləməməsini qınayıb. O həmçinin «oğru və quldur dəstələrini təmizləyəcəyinə» söz verib. Kiyevin separatçılara qarşı hərbi hücumları artırdığı bir vaxtda  korrupsiya ittihamları da artıb.

Aİ, ABŞ və Ukrayna hesab edir ki, Rusiya Şərqi Ukraynada separatçılara maliyyə və maddi-texniki yardım göstərir. 12 həftədir ki, davam edən münaqişədə 440-dan çox adam ölüb, minlərlə insan isə köçkün düşüb.

 

Atəşkəsin şərtləri müəyyənləşdirilməlidir

 

İyulun 3-də Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıblar. Liderlər separatçılarla Kiyev arasında atəşkəs şərtlərinin müəyyənləşdirilməsi məqsədilə iyul ayının 5-dək «əlaqə qrupu»nun yaradılması üçün Putindən kömək istəyiblər.

«Onlar prezident Putindən tələb ediblər ki, separatçılara təsir göstərsin və Ukrayna hökuməti ilə razılığa gəlmək üçün onları danışıqlar masasına gətirsin», - Fransa hökumətinin bəyanatında bildirilir.

Kreml isə cavabında bildirib ki, Putin vətəndaşların ölümünün artmasından və «Cənub-şərqi Ukraynadan Rusiyaya gələn qaçqınların sayının kəskin artmasından» ciddi narahatdır.

Qiyamçılar yalnız Moskva və beynəlxalq müşahidəçilərin iştirakı ilə Kiyevlə birbaşa danışıqlarda iştirak edəcəyini bildirib. «Rusiya və ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) bizə təklif edərsə, onda məsləhətləşmələrdə iştirak edə bilərik», - özünü müstəqil elan edən Donetsk Xalq Respublikasının baş naziri Andrey Purqun «Frans-Press» xəbər agentliyinə bildirib.

 

Mübarizə davam edib

 

Beynəlxalq diplomatik nümayəndələrin yeni atəşkəs təklifinə baxmayaraq, Şərqi Ukraynada hökumət qüvvələri və qiyamçılar arasında mübarizə yenidən alovlanıb. İyulun 3-də qiyamçılar Ukrayna-Rusiya arasındakı strateji əhəmiyyətli Doljanski sərhəd məntəqəsinə atəş açıblar. Nəticədə, 9 Ukrayna sərhəd mühafizəçisi yaralanıb.

Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, hökumət qüvvələri «terrorçuları» daşıyan 5 nəqliyyat vasitəsini məhv edib. Ötən 24 saat ərzində qiyamçılar hökumətin məntəqələrinə 16-dan çox hücum ediblər.

Xatırladaq ki, 1 həftəlik atəşkəs bazar ertəsinə qədər uzadıldıqdan sonra Poroşenko atəşkəsə son qoydu. Prezident sülh danışıqlarına başlamaq üçün separatçıları gözləmək fikrindən əl çəkdi.