vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
11:24 | 9 iyul 2014 | Çərşənbə Məqaləyə 2632 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1,18 trilyon təzminat

Ukrayna Rusiyanı Avropa Məhkəməsinə verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Krım və Donbas ətrafında baş verən hadisələrlə əlaqədar Avropanın insan haqları üzrə məhkəməsində Ukrayna tərəfindən Rusiyaya qarşı iki iş açılıb. Aktual.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, digər analoji instansiyalara da müraciət olunsa da, məhkəmələr bəzi məqamların Rusiya ilə razılaşdırılmasını vacib biliblər.


Məsələyə toxunan Ukraynanın ədliyyə naziri Pavel Petrenko diqqətə çatdırıb ki, qaldırılan iki məhkəmə işinin birinci hissəsi insan haqları, jurnalistlərə qarşı təzyiqlərə qiymətin verilməsi olsa da, ikinci müraciətlərində dəyən zərərin ödənilməsinin yollarının araşdırılmasıdır. O, əlavə edib ki, ilkin hesablamalar əsasında, Ukraynaya dəyən zərər 1,18 trilyon qrivni (118 miyard dollar) civarında dəyərləndirilib.

Peterenko Rusiyanın Ukraynaya vurduğu zərərin üzərində təfsilatı ilə işlərin getdiyini vurğulayıb. Bundan başqa, Rusiyanın terrorçulara hər cür dəstəyi, silahlarla təchizat, separatçı meyllərin artmasına rəvac verməsi, detalları ilə göstəriləcək.

Ədliyyə naziri bildirib ki, beynəlxalq qurumlar, ələlxüsus da ATƏT və BMT, habelə bəlli konvensiyaların tələbləri Ukraynanın haqlı olduğunu təsdiqlədiyindən Rusiyanın dəyən zərərin ödənilməsinə məcbur edəcəklər.