vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
09:49 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 2079 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putindən izahat istənildi

ABŞ Rusiya ordusunun Ukraynada birbaşa döyüşdüyünü elan etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Rusiya əsgərlərinin Ukraynada bilavasitə döyüşdüyünü bəyan edib. «Rusiya öz əsgərlərini və onların ailələrini aldadaraq, Ukraynada birbaşa hərbi əməliyyatlar həyata keçirir», - deyə Dövlət Departamentinin sözçüsü Cen Psaki avqustun 27-də keçirdiyi brifinqdə bildirib.

Departament rəsmisi deyib ki, bütün məlumatlar indi Donetsk və Luqanskda Rusiya hərbçilərinin əks-hücuma keçdiyini göstərir.

«Biz narahatıq ki, Rusiya hökuməti, hərbçiləri Ukraynanın içərisinə doğru 40 km. irəliləsə də, həqiqəti söyləmək istəmir», - deyə Psaki qeyd edib.

Bu arada Almaniya kansleri Angela Merkel də rus hərbçilərinin Ukrayna ərazisinə keçməsinə görə Rusiya prezidenti Vladimir Putindən izahat istəyib.

«Reuters» agentliyinin verdiyi xəbərə görə, Merkelin mövqeyini onun rəsmi təmsilçisi Şteffan Zayberq açıqlayıb. Merkel şərqi Ukraynada ələ keçən Rusiya desantlarına görə Kremlin cavab verməsini vacib sayır.