vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
13:32 | 19 sentyabr 2014 | Cümə Məqaləyə 1278 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Moldovaya qarşı savaşa başladı

NATO komandanından sensasion bəyanat: «NATO-nun hibrid müharibəsinə qarışmayacaq»

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı, general Filip Bridlav bəyan edib ki, Rusiya Ukraynanın ardınca Moldovaya qarşı hibrid müharibə taktikasını işə salıb.

Virtualaz.org saytı xəbər verir ki, general F.Bridlav NATO-nun Şimali Atlantika Şurasında çıxışı zamanı bu sensasion bəyanatı verib.

Amerikalı general bildirib ki, Rusiya Krımın ilhaqı və Ukraynanın şərqinə hərbi müdaxilədə tətbiq etdiyi ssenarini Moldovaya qarşı tətbiq edir. Onun sözlərinə görə, «yaşıl adamcıqlar» - tanınma nişanı olmayan formalı hərbçilər Ukraynadakı hərbi-siyasi situasiyanı dəyişməkdə separatçılara kömək etdi.

F.Bridlav xatırladıb ki, eyni vaxtda Rusiya Ukrayna sərhələrində təlim adı altında öz qoşunlarını yerləşdirdi.

«Biz «yaşıl adamcıqlar» ssenarisini Krımda gördük, Şərqi Ukraynada hansı ssenarinin oynanıldığının şahidi olduq. Biz həmin ssenarini Moldova və Dnestryanı bölgədə də görməyə başlamışıq» - deyə general Bridlav bildirib.

General Moldovada baş verənlərin xülasəsini çatdıraraq deyib ki, bu ilin əvvəlində Rusiya Dnestryanı bölgədə hərbi təlim keçirib. Moldova prezidenti Nikolay Timofti Rusiyanı Dnestryanı bölgənin ilhaqından çəkinməyə çağırıb.

Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin isə açıq şəkildə deyib ki, Moldovanın Avropa ilə daha sıx əməkdaşlığı Dnestryanı bölgənin itirilməsi və digər cavab tədbirləri ilə müşayiət olunacaq.

F.Bridlav əlavə edib ki, indi NATO-nun Rusiyanın hibrid müharibə taktikasını necə istifadə etdiyinə dair ümumi anlayışı var. Ona görə də indi aydınlaşdırmaq lazımdır ki, bu ssenariyə qarşı Şərqi Avropa ölkələrinə necə kömək etmək olar.

«Bu, hibrid müharibədir. Əgər belə müharibə başlasa, o zaman bu NATO-nun qarışacağı iş olmayacaq, ölkənin daxili problemi olacaq» - deyə F.Bridlav xəbərdarlıq edib.

Komandan xatırladıb ki, NATO nizamnaməyə görə üzv dövlətlər daxilində baş verən münaqişələrə qarışa bilməz, ancaq xarici düşmənin açıq hücumuna cavab verə bilər. Onun sözlərinə görə, əgər Kreml NATO ölkələrindən birinə, məsələn, Baltik ölkələrinə təcavüz etsə, o zaman alyans üzv ölkənin müdafiəsinə qalxacaq.

«Biz sərhədyanı ölkələrdə qüvvələr nisbətini diqqətlə analiz etməli və hibrid müharibənin başlamasına daha yaxşı necə hazırlaşmaq məsələsini müzakirə etməliyik» - deyə general bildirib.