Keçmiş «kombat» hamını şoka salıb
Deputatın 38.7 milyard dollar nağd pulu var?!
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
Ukraynada «Aydar» könüllülər batalyonunun keçmiş komandiri, Ali Radanın deputatı Sergey Melniçuk gəlir bəyannaməsini açıqlayaraq hamını mat qoyub.
Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Melniçuk ötən ilki gəlirinin 38.7 milyard dollar olduğunu göstərib. Özü də bu gəlirləri nəğd şəkildə əldə etdiyini qeyd edib.
Əgər deputatın açıqladığı rəqəm doğrudursa o, «Forbes»in versiyasına görə dünyada ən çox qazanan adamdır və bu göstərici üzrə «Google» şirkətinin qurucusu Sergey Brindən də varlı adamdır. Belə ki, həmin sərvətlə deputat dünyanın ən varlı adamları siyahısında 12-ci yerə tutmuş olur.
Hansı ki, Melniçukun maaşı ayda cəmi 2.9 min dollardır. Belə çıxır ki, onun pulu məşhur filantrop Corc Sorosun pulundan 14 milyard dollar çoxdur. Belə ki, Soros ötən il cəmi 24.9 milyard dollar qazanıb və dünyanın ən varlı adamları siyahısında 28-cidir.
Habelə deputatın elan etdiyi gəliri Ukraynanın qızıl-valyuta ehtiyatlarının həcmindən az qala iki dəfə çoxdur. Bu ehtiyatlar hazırda 14.5 milyard dollardır. Lakin Melnçenkonun maşınları onun pulu ilə adekvat deyil. Gəlir bəyannaməsinə əsasən Melniçenkonun 1994-cü ildə buraxılmış Jeep Grand Cheroke avtomobili və 1988-ci il istehsalı olan «Qaz 24»-ü var. Habelə onun Vinnitsa şəhərində cəmi 65 kvadratmetrlik mənzili və həmin vilayətdə 2500 kvadratmetrlik torpaq sahəsi mövcuddur.
Bu baxımdan Ukrayna KİV-ləri yazır ki, ola bilsin keçmiş «kombat»-indiki deputat gəlir bəyannaməsini doldurarkən səhvə yol verib, yaxud özü zarafatla bu rəqəmi yazıb və reaksiyaları izləyir. Hələlik keçmiş «kombat» 38.7 milyard dollarlıq gəliri haqda açıqlama verməyib.