vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
08:48 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 1192 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlı namizəd gürcü rəqibinə uduzdu

Marneulidə seçkinin nəticələri açıqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Marneulidə 36-cı birmandatlı seçki dairəsinin nəzdində fəaliyyət göstərən 46 seçki məntəqəsində keçirilən II tur seçkilərində səsvermədə 47.500 nəfər seçicidən 23 500 nəfər seçici iştirak edib.

APA-nın məlumatına görə, bu, seçicilərin 49, 4 faizi deməkdir. Məlumata görə, II turun nəticələrinə görə, səsvermədə səslərin sayının hesablanmasından sonra «Gürcü Arzusu» partiyasının irəli sürdüyü namizəd Tamaz Naveriani səs çoxluğu ilə qələbə əldə edib.

Hazırda səsvermənin ilkin nəticələri məlumdur. İlkin məlumat belədir: Tamaz Naveriani - 74,61 faiz, Əhməd İmamquliyev-25, 39 faiz əldə edib. 22 nömrəli Marneuli dairə seçki komissiyasından verilən ilkin məlumata görə, 22.969 seçicidən «Gürcü Arzusu»nun namizədi 17.114 faiz, «Vahid Milli Hərəkat» partiyasının irəli sürdüyü namizəd 5.855 faiz səs toplayıb. Ə. İmamquliyev jurnalistlərə açıqlamasında seçkilərin düzgün keçirilmədiyini, T. Naveriani isə II tur seçkilərinin azad, şəffaf və demokratik keçirildiyini bildirib. Hazırda «Gürcü Arzusu» partiyasının Marneuli ofisi qarşısında Tamaz Naverianinin qələbəsi qeyd olunur.

Gürcüstan MSK-dan bildirilib ki, ilkin məlumatlara görə, Gürcüstanda ümumiseçici fəallığı 37,5% təşkil edib. MSK sözçüsü Anna Mikeladze keçirdiyi ikinci brifinqdə 929 265 seçicinin səsvermədə iştirak etdiyini bildirib.

Xatırladaq ki, oktyabrın 8-də Gürcüstan parlamentinə keçirilən seçkilərin I turunda «Vahid Milli Hərəkat» partiyasından deputatlığa namizəd irəli sürülən Əhməd İmamquliyev səsvermə zamanı 48, 11 faiz, «Gürcü Arzusu»nun namizədi Tamaz Naveriani isə 43,43 faiz səs toplamışdı.

Qeyd edək ki, doqquzuncu çağırış parlament seçkilərinin II turunda «Gürcü Arzusu»ndan 49 və «Vahid Milli Hərəkat» partiyasından 45, «Azad Demokratlar» partiyasından 2 nəfər, «Topadze-Sənayeçilər» partiyasından 1 nəfər, həmçinin 3 nəfər müstəqil namizədlər iştirak edib.