SEPAH üzvü ataşelər
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
Orxan HUN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
-
Nyu-York bandası iş başında
Yaxud İranın rejim rəhbərin taktikası ilə maraqları arasında
-
G7-dən İrana qınaq
“Beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”
Noyabrın 15-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Pakistan vətəndaşını, habelə İran və Gürcüstanın vətəndaş pasportlarına malik şəxslərin həbsi barədə məlumat yaydı. Onlar İsrail vətəndaşına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinirlər.
Rəsmi bəyanata görə, yəhudi iş adamını sözügedən dəstənin üzvü olan Pakistan vətəndaşı qətlə yetirməliydi: “O, üçüncü ölkədən keçərək Gürcüstana gəlmişdi. Gəlməzdən əvvəl təlimat və “obyekt” barədə bilgilər alıb. Tbilisidə onun üçün əvvəlcədən kirayə mənzil və məxfi danışıqlar üçün mobil telefon da hazırlanmışdı. Pakistan vətəndaşı Tbilisiyə gələndən sonra “obyekt”i güdməyə və izləməyə başlayıb. Bu zaman o, sifarişçi ilə sürəkli əlaqədə olub. Kirayə mənzil isə İsrailin Gürcüstandakı səfirliyiin yaxınlığında olub”.
Tbilisiyə gəlmiş qrupa “Əl Qaida” üzvü olan bir neçə pakistanlı da daxil idi.
Pakistanlı killerin silahla təmin edilməsi üçün İran və Gürcüstanın ikili vətəndaşlığına malik iki şəxs cəlb edilmişdi. Bu adamlar arasında birbaşa təmaslar, əlaqələr yox idi. Silahlar xüsusi hazırlanmış gizli saxlanclar vasitəsilə verilib və bu proses də xaricdən idarə olunub.
Daha konkret olsaq, həmin adamlara təlimatları və əmrləri İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) tərkibindəki “Qüds” qüvvələrinin kəşfiyyat xidməti verirdi.
İsrail vətəndaşına qarşı sui-qəsd planının müəllifi və sifarişçisi də İranın SEPAH-ı olub.
İranın Gürcüstandakı səfirliyinin hərbi attaşesi aparatında da SEPAH əməkdaşları çalışırlar.
SEPAH bu ilin iyun ayında İstanbulda İsrail vətəndaşlarını qətlə yetirməyə çalışıb. Belə ki, 2022-ci ilin iyununda Türkiyə “İran şəbəkəsi”nin 8 üzvünün həbs edildiyini açıqlayıb. Yerli mətbuatın məlumatına görə, onlar İstanbulun Bəyoğlu rayonunda keçirilən reyd nəticəsində həbs ediliblər. İranlılar qisas almaq üçün israilli turistləri öldürməyi planlaşdırıblar. 2021-ci ildə isə Kiprdə israilli iş adamının qətlini gerçəkləşdirmək istəyiblər.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi bəyanatında sui-qəsdə məruz qalacaq İsrail iş adamının adı açıqlanmayıb.
Həmin şəxs əslən gürcüstanlı olan 62 yaşlı İtzik Moşedir. İ.Moşe 1990-cı illərdə “Soxnut” Yəhudi Agentliyinin Qafqaz və Orta Asiya üzrə nümayəndəliyinin rəhbəri olub.
2013-cü ildən bəri isə o, Tbilisidəki “İsrail Evi”nin sədridir.
“Bundan sonra daha diqqətli olmağa çalışacağam. Lakin baş verənlər nə fəaliyyətimin axarına və məzmununa, nə də planlarıma təsir edəcək. Heç nə dəyişməyəcək”, – İ.Moşe deyib.
İranın xüsusi xidmət strukturlarının, xüsusilə də SEPAH-ın son aylarda fəallaşmasının səbəbləri çox olsa da, onların arasında İranın kəşfiyyat və informasiya naziri İsmayıl Xətibin ambisiyaları xüsusi yer tutur.
Belə ki, SEPAH komandanı general-mayor Hüseyn Səlimi briqada generalı Məhəmməd Kazımini strukturun kəşfiyyat xidmətinin yeni rəisi təyin edəndən sonra İranın kəşfiyyat və əks-kəşfiyyat strukturları arasında rəqabət güclənib.
SEPAH-ın kəşfiyyat xidmətinin sabiq rəisi Hüseyn Taibin dönəmində bu qurum ümumiyyətlə, fiasko ərəfəsində idi. Səbəb - SEPAH İsrailin kəşfiyyatına qarşı effektiv heç bir addım ata bilməmişdi və bilmirdi.
Xüsusilə də SEPAH-ın kəşfiyyat xidmətində xarici ölkələrdəki əməliyyatlar, nüvə proqramı, kosmik proqram, İT texnologiyalar və s. kurasiya edən “4000-ci” idarə ilə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olan “1500-cü” idarə arasında qarşıdurma uçurum həddində idi.
İndisə İranın Kəşfiyyat və İnformasiya Nazirliyi (VEVAK), SEPAH-ın kəşfiyyat xidməti və “Qüds” dəstəsinin kəşfiyyat idarəsi arasında rəqabət güclənib.
Lakin “nəticə”lər İran üçün daha da pisləşib. Tehrandakı mollakratiya rejimi Yaxın Şərq ölkələrindəki proksi qüvvələri üzərində nəzarəti tədricən itirməklə yanaşı, Azərbaycandakı “yatmış hücrə”lərini oyadaraq onları aktivləşdirib və aqressivləşdirib, sonucda casus şəbəkəsi son aylarda çox ciddi itkilər verib.
Gürcüstandakı sui-qəsd cəhdinin faş edilməsi isə SEPAH-ın və “Qüds”un yeni fiaskosu sayıla bilər.