vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
10:47 | 6 iyul 2022 | Çərşənbə Məqaləyə 1208 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyapərəst qüvvələr güclənib

Salome Zurabişvili məsuliyyətin hökumətin üzərinə düşdüyünü düşünür

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyapərəst davakar qüvvələrin güclənməsi haqqında açıqlama ilə çıxış edib. Ərazisinin 20 faizi Rusiyanın işğalı altında olan bir ölkədə rusiyapərəst qüvvələrin güclənməsinin yolverilməz hal olduğunu qeyd edən prezident Salome Zurabişvili buna görə məsuliyyətin hökumətin üzərinə düşdüyünü bildirib. “Bu cür qrupların Gürcüstanın Avropaya inteqrasiya perspektivinə zədə vurmasının qarşısını almaq hökumətin birbaşa vəzifəsidir”. Rusiyapərəstlər indi də pravoslav və milli-mənəvi dəyərlər altında gizlənərək Avroatlantik məkana inteqrasiyanın əleyhinə çıxış edirlər.

Son zamanlar əksər postsovet respublikalarında rusiyapərəst qüvvələrin güclənməsi haqqında məlumatlar yayılır. Bir müddət öncə rusiyapərəstlər Moldovada və Ermənistanda aksiya keçirərək iqtidarların istefasını tələb edirdilər. Gürcüstan, Ermənistan, Moldova ilə yanaşı Azərbaycanda da rusiyapərəstlərin fəallaşması hiss olunur. Belə görünür ki, Rusiya bütün casus şəbəkəsini ayağa qaldıraraq postsovet ölkələrində təsir imkanlarını qorumağa çalışır.

İki əsrdən artıq bir dövrdə Azərbaycan xalqına qarşı çoxsaylı qətliam və soyqırımı həyata keçirmiş bir dövlətin mənafelərinə xidmət etmək xalq və vətən qarşısında ən böyük cinayətdir.

Gürcüstanda əksəriyyət hesab edir ki, rusiyapərəst qüvvələrin fəaliyyəti qadağan olunmalıdır. Prezident Salome Zurabişvili son addım hesab etdiyi bu təklifin güclü hüquqi arqumentlərlə dəstəkləməsinə çağırıb.