Dəyərləndirmə gələn il olacaq
Avropa Komissiyası Gürcüstana əlavə vaxt verir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
İranla Aİ arasında kritik görüş
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
Avropa Komissiyası Gürcüstanın Aİ üzvlüyünə namizədliyi üçün vacib prioritetləri necə yerinə yetirməsi üzrə növbəti dəyərləndirməsinin vaxtını uzadıb. Məqsəd Gürcüstana həmin tələblərin icrasından ötrü daha çox vaxt verməkdir.
Komissiyanın genişlənmə direktorluğunun təmsilçisi Maykl Rapp iyulun 13-də deyib ki, yubanmada məqsəd Tiflisin Aİ-yə namizəd status qazanmaq üçün “diqqətlə işləməsinə vaxt ayırmaqdır”.
***
Komissiya tələblərin icrasını ilkin olaraq bu ilin dekabrında dəyərləndirməliydi, vaxt 2023-cü ilə keçirilib.
Rapp deyib ki, komissiya Gürcüstanın prioritetlər üzərində “inadla, dərindən və hərtərəfli” işləməsində “çox maraqlıdır”.
Onun sözlərinə görə, Aİ rəsmiləri bu Cənubi Qafqaz ölkəsində siyasi mübahisələr fonunda Gürcüstanı Brüsselin 12 bəndlik proqramının icrası üçün “tələsdirmək” istəmirlər.
Tiflisdəki Rondeli Fondunda Avropa Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili isə AzadlıqRadiosuna deyib ki, yubanma bir tərəfdən Gürcüstan üçün kədərli faktdır, çünki “bütün tövsiyələr cədvələ uyğun asanlıqla yerinə yetirilə bilərdi”.
“Digər tərəfdən, yaxşı xəbər də ola bilər – çünki faktiki olaraq, ilin sonunadək 12 bəndin hamısını yerinə yetirə bilmərik”, – o, sözlərinə əlavə edib.
***
Tiflisdə ardıcıl nümayişlər keçirilib, onminlərlə insan küçələrə çıxaraq, müxalifətin dediyi kimi, hökumətin tələb olunan islahatları yerinə yetirməməsinə etiraz ediblər.
Etirazçılar Baş nazir İrakli Qaribaşvilinin istefasını, yeni “milli razılıq” hökumətin qurulmasını tələb ediblər.
Avropa İttifaqı Ukrayna və Moldovanı birlik üzvlüyünə namizəd elan etsə də, Gürcüstanla bağlı tələsməyib.
Qaribaşvili deyir ki, hökumət “namizəd statusunu mümkün qədər tez almağımız üçün” Brüsselin tələblərini yerinə yetirməyə “səfərbər olunub”.
Avropa Komissiyasının şərtlərinə siyasi qütbləşməyə son qoyulması, media azadlığı yönündə proqres, ədliyyə və seçki islahatları, “oliqarxsızlaşdırma” daxildir.
Rəy sorğularına görə, Rusiyanın təhdidlərinə rəğmən, Gürcüstan əhalisinin azı 80 faizi Aİ-yə, NATO-ya üzvlük planlarını dəstəkləyir.