
9 may gəldi...
Biz faşizmlə 35 il döyüşdük
Biz faşizmlə 35 il döyüşdük
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Cənubi Qafqaz Respublikalarının iqtisadi əməkdaşlığının çox böyük perspektivləri var, sadəcə illərdir bunun qarşısında ən böyük əngəl Ermənistanın Azərbaycan ərazisini işğal etməsi, aqressiv və düşmən tutumu idi. İkinci Qarabağ savaşından və Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının intensivləşməsindən sonra bölgədə dayanıqlı sülh üçün kövrək də olsa ümidlər yaranıb.
2021-ci ildə Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,1 milyard dollardan çox olub, ötən il Gürcüstan ilə Ermənistan arasında ticarət dövriyyəsi isə cəmi 102 milyon 614 min dollar təşkil edib. Azərbaycanla Ermənistan arasında rəsmi heç bir ticarətin olmadığını nəzərə alsaq, Cənubi Qafqaz ölkələrinin qarşılıqlı ticarət dövriyyəsi cəmi 1 milyard 200 milyon dollar civarındadır ki, bu da çox aşağı göstəricidir.
Son 30 ildə Azərbaycan – Ermənistan münaqişəsindən müəyyən dividentlər götürən ölkə Gürcüstan idi, yol və kommunikasiyaların Gürcüstandan keçməsi, Türkiyənin Ermənistana satdığı mallar məhz Gürcüstan üzərindən olması əlavə dividentlər gətirirdi. Bundan başqa Türkiyıdən Azərbaycana, Orta Asiyaya, qismən də Rusiyaya gedən bütün yük maşınları Gürcüstanın “Sarp” və “Axalsıx” sərhəd-keçid məntəqələrindən Gürcüstana daxil olaraq yüzlərlə km yol qət edib Azərbaycan sərhədinə çatır və illərdir yol boyu həmin yük maşınlarına görə böyük infrastruktur qurulub, kafelər, restoranlar, motel və hotellər, təmir məntəqələri – yüzlərlə belə obyektlərdə minlərlə Gürcüstan vətəndaşları çalışarırlar, onlar həm özləri qazanır, həm də vergi ödəyicisi olaraq büdcəyə də dəstək olurdular.
Xülasə, son 30 ildə Gürcüstan münaqişənin iqtisadi “benefisiarı” idi – məhz buna görə də Cənubi Qafqazda nəzərdə tutulan yeni dəhlizlər və logistik marşrutların açılması onların iqtisadi maraqlarına toxuna biləcəyindən çəkinirdilər. Amma çəkinəcəkləri yersizdir, qardaş Gürcüstan Respublikası bölgənin sülh və açılım şəraitində yaşamasından indikindən daha çox iqtisadi fürsət və gəlir götürəcək. Çünki, hələ uzun müddət qarşılıqlı güvən təsis olunmayacağına görə Azərbaycan və Türkiyə biznesi Ermənistan Tiflis üzərindən açılacaq, mərkəz yenə də Tiflis olacaq – narahat olmasınlar. Gürcüstan Azərbaycanın təbii iqtisadi uzantısı, dünyaya açılan qapısıdır, bu Zəngəzur dəhlizi açılandan sonra da belə qalacaq.
Ümumiyyətlə, zaman-zaman önə çıxan, sonradan unudulan “Ümumi Qafqaz Evi” ideyasının yenidən gündəmə gəlməsi, altının doldurulması zamanıdır. Hər üç ölkənin taleyi də, istiqaməti də birdir – sadəcə Ermənistanın təcavüzü ötən əsrin 90-larında bu işi pozdu, münaqişə olmasaydı, hələ ötən əsrin sonunda hər üç Respublika Baltikyanı ölkələr kimi Avropa məkanına inteqrasiya ola bilərdilər, Ermənilərin düşüncəsiz və aqressiv davranışları, işğal xülyaları Cənubi Qafqazı 30 il dala saldı, amma necə deyərlər, “gec olsun-güc olsun”...