vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
22:11 | 13 noyabr 2016 | Bazar Məqaləyə 889 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Obamacare»dən imtina

Donald Tramp daha yaxşı sığorta təklif edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Donald Tramp «Obamacare» kimi tanınan sağlamlıq sığortasını dərhal ləğv edib, onu başqası ilə əvəz edəcəyini bildirib. O, «CBS-TV»yə müsahibəsi zamanı daha az pula daha yaxşı sığorta təklif edəcəyini deyib.

«Obamacare»in tənqidçisi olan Tramp hazırkı planda olan iki şərti- ailələri ilə yaşayan 26 yaşınadək uşaqların sığorta ilə təmin edilməsi və xəstəliyinə görə sığorta verilməməsinin yasaqlanmasını saxlayacağını bildirib.

Tramp bundan əlavə sosial medianın təmas üçün ən yaxşı vasitə olduğunu deyib. «Mən deyə bilmərəm ki, sosial mediadan çox xoşum gəlir, amma 28 milyon tərəfdarıma səsimi çatdırmaq üçün bu yaxşı vasitədir» - deyə o bildirib.

Sosial medianın ona prezident seçkilərində yardım etdiyini deyən Tramp bildirib ki, onlar kampaniyalara məndən çox pul xərcləyib, lakin medianın gücü daha böyükdür.

Prezident seçilən Tramp kampaniyaları zamanı sosial mediadan geniş istifadə edib. Lakin indi o, Ağ Evdə bundan ya az, ya da heç istifadə etməyəcəyini deyib.