vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
01:14 | 17 noyabr 2016 | Cümə axşamı Məqaləyə 1866 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kürd yaraqlılar Manbici tərk edib

Türkiyə şəhərə ərəblərin nəzarət etməli olduğunu deyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyanın kürd partizan qüvvələri Manbic şəhərindən çıxıb. Bu qüvvələrin şəhərin 3 aylıq nəzarətindən sonra İŞİD-in əlindən alınmasında böyük rolu olub.

ABŞ rəsmiləri və Kürd Xalq Müdafiəsi Birləşməsi (YPG) cənub Rəqqa döyüşlərinə yardım edəcəyini bildirib.

YPG döyüşçülərinin şəhərdən çıxması Türkiyənin tələbini qane edib. Belə ki, bu birləşməni terror təşkilatı adalandıran Ankara onu PKK-ya əlavə hesab edir.

Ankaranı Suriyanın şimalında kürdlərin birləşməsi və onların Türkiyə ərazisində mübarizə aparan kürd üsyançılara dəstək olacağı qorxudur.

Ərəblərin çoxluq təşkil etdiyi Manbic 2014-cü ildən İŞİD-in nəzarətində olan Hələb vilayətində yerləşir.

Türkiyə şəhərə ərəblərin nəzarət etməli olduğunu deyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Pakistana yola düşməzdən əvvəl deyib ki, o, Manbicin kürdlərin nəzarətində qalmaması üçün ABŞ-ın yaxşı plan hazırlayacağından əmin idi. 

Türkiyə Suriyada İŞİD əleyhinə ayrı kampaniya aparır.

Kürdlərin Rəqqa əməliyyatlarına 2 həftə öncə start verilib.