Trampın səslərini yenidən saymağı tələb edirlər
Prosesi 3 ştatda aparmaq üçün 2.5 milyon dollar lazımdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
“Yenidən cəhd edəcəklər”
Tramp: “İrandan böyük təhdidlər alıram”
-
“Prezidentlik öküz sürməkdən daha təhlükəlidir”
Donald Tramp Miçiqan ştatında seçicilər qarşısında çıxış edib
-
Tramp yeni kriptovalyuta yaradır?
“World Liberty Financial” şirkəti yaxın vaxtlarda “$WLFI” adıyla ictimaiyyətə tanıdılacaq
-
“Sui-qəsd etməkdə azadsınız”
Trampa sui-qəsddə şübhəli bilinən Routdan İrana çağırış
-
“Məsuliyyətsiz ifadə”
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
-
Su-qəsdçi iki maddədən mühakimə olunacaq
Florida qubernatoru hadisəylə bağlı ayrıca araşdırma aparılacağını deyib
-
60 gündə iki sui-qəsd cəhdi
Tramp bir daha hədəfdədir: Sui-qəsd cəhdi və şübhəli haqqında hər şey məlumdur
-
Trampa ikinci sui-qəsd
Tələm-tələsik apardılar, sui-qəsdçi həbs olunub, hadisə yerindən eyni silah tapılıb
-
Trampın ətrafında silah səsləri
Bu dəfə ABŞ-ın keçmiş prezidentinin qolf oynadığı klubun yaxınlığından gəlib
-
“İki pisdən yaxşısını seçin”
Harris və Trampı tənqid edən Roma Papası ABŞ katoliklərinə səsləndi
-
ABŞ seçkilərində pulun gücü
Hansı daha sərfəlidir, yüksək tələbli varlı donor, yoxsa kasıb ictimai dəstək?
-
“Nəhayət, bizə qoşuldu”
Sosial media şokda: “Bütün siyasi karyerasında etdiyi ən ağıllı şey”; “Yuxulu Co, Tramp qatarına xoş gəlmisiniz!!!”
-
67 milyon insan izlədi
Kamala Harris-Donald Tramp dueli üçün milyonlar insanın nəzəri ekranlara zilləndi
«The Guardian» yazır ki, ABŞ-da Yaşıllar Partiyasının prezidentliyə namizədi Cill Steyn bir neçə həlledici ştatda seçki nəticələrinin təftişi üçün rəsmi müraciət hazırlayır.
Bu məqsədlə Stein internetdə 2, 5 milyon dollarlıq ianə fondunun toplanması kampaniyasına başlayıb. Bu pul ona Miçiqan, Pensilvaniya və Visconsin ştatlarında səslərin yenidən sayılması üçün lazımdır.
Steyn bildirib ki, bu ştatlarda «səsvermə anomaliyalarının» baş verdiyini göstərən inandırıcı dəlillər vardır. Söhbət, əsasən səslərin toplam rəqəmlərindəki əhəmiyyətli uyğunsuzluqlardan gedir.
Yaşılların namizədi bildirib ki, bu məsələ 2016-cı il seçkisinin nəticəsi rəsmən təsdiq edilməzdən əvvəl təhqiq olunmalıdır.
Səslərin təkrar sayılmasını habelə bir neçə alim və fəal qrupları da tələb edirlər. Onlar deyirlər ki, seçki sisteminə xarici hakerlər müdaxilə edə bilərdi.
Narahatlıq keçirən qruplar məğlub olmuş demokrat namizəd Hillari Klintonu da bu kampaniyaya qoşulmağa çağırıblar.
«The Guardian» yazır ki, Donald Tramp Pensilvaniya və Visconsində gözlənilməz və həm də cüzi səs çoxluğu ilə qələbə qazanıb. O hələ seçki nəticələri elan edilməmiş Miçiqan ştatında da qalib gələ bilər.
Bir neçə ştatın qanunları seçki səslərinin yenidən sayılmasına icazə verir. Amma Trampın 0, 7 faiz fərqlə qalib gəldiyi Visconsin ştatında təkrar hesablama üçün qoyulmuş müddət cümə günü başa çatır.
Trampın cəmi 0, 3 faizlə irəlidə olduğu Miçiqan ştatında səslərin təkrar sayılması üçün müddət noyabrın 30-da başa çatır.
«The Guardian» qəzeti bundan əvvəl də yazmışdı ki, alimlərin və fəalların koalisiyası seçki təhlükəsizliyi barədə narahatlıqlarını gələn həftənin əvvəllərində Konqres komitəsinə və federal hakimiyyət orqanlarına rəsmən bildirməyə hazırlaşırlar.
ABŞ seçkiyə yardım komissiyasının müşaviri və elektron səsvermə eksperti doktor Barbara Simons deyib ki, o səslərin yoxlanmasını istərdi.
Xanım Simons deyib ki, seçki sonrası bülleten auditinə ciddi ehtiyac var.
Milli Səsvermə Hüququ İnstitutunun təsisçisi Con Bonifaz və Miçiqan Universiteti kompüter təhlükəsizliyi və cəmiyyət mərkəzinin direktoru, professor Aleks Haldermanın rəhbərlik etdiyi qrup da bülleten auditinin aparılmasını tələb edən ikinci ekspert qrupuna rəhbərlik edirlər.
Çərşənbə günü yazdığı bloqpostda Halderman bildirir ki, Visconsin, Miçiqan və Pensilvaniya ştatlarında bülletenlər və səsvermə cihazları təftiş edilməlidir.
Lakin o əlavə edir ki, əgər rəsmi namizədlər bir neçə gün ərzində tələb etməsələr bu təftişi heç kim həyata keçirməyəcək.
«The Guardian» yazır ki, Klintonun Trampa məğlubiyyətindən az əvvəl ABŞ kəşfiyyat agentlikləri bildirmişdilər ki, ABŞ-da regional seçki kompüterlərinə və demokrat rəsmilərin emaillərinə haker müdaxiləsinin arxasında ruslar dayanır.
Visconsin ştatının seçki nəticələrində müəmmalı görünən budur ki, Donald Tramp burada yalnız elektron səsvermə keçirilən dairələrdə udub, köhnə qaydada kağız bülletenlərlə səs verilən dairələrdə isə uduzub.
Bu da qeyd olunur ki, Visconsində istifadə edilən səsvermə cihazları Kaliforniya da daxil bir çox ştatlarda qadağan olunub. Buna səbəb bu cihazların haker hücumu qarşısında müdafiəsiz olduğunun aşkar edilməsi olub.
Lakin bu fərziyyələri rədd edən ekspertlər də var. Onlar həlledici ştatlarda qeydə alınmış nəticələrin seçkinin ümumi nəticələrinə təsiri barədə iddiaların şişirdilmiş olduğunu bildirirlər.
Buna baxmayaraq kiber təhlükəsizlik, müdafiə və seçki üzrə ixtisaslaşmış onlarca professor Konqres liderlərinə açıq məktub yazaraq seçkiyə xarici müdaxilə barədə xəbərlərdən «dərin narahatlıq» keçirdiklərini bildiriblər.
Məktubda deyilir ki, seçki sisteminə Rusiyanın müdaxiləsinə dair iddia və məlumatlar çox səhih araşdırılmalıdır.
«The Guardian» yazır ki, Steynin bəyanatı indiyədək sakit dayanmış Klinton düşərgəsini də hərəkətə gəlməyə ürəkləndirə bilər.
Clinton-un ən yaxın müşavirlərindən Huma Abedinin bacısı açıq bəyanat verib. Onun sözlərinə görə Miçiqan, Pensilvaniya və Visconsin ştatlarında Trampa sayılmış 55 min səsin ləğv olunması kifayətdir ki, Hillari Klinton qalib elan edilsin.