vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
01:51 | 25 noyabr 2016 | Cümə Məqaləyə 1512 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ohanyan cinayətkardır»

Ermənistanın əsgər valideynlərinin etirazları səngimir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda müxtəlif səbəblərdən orduda övladları həlak olan hərbçilərin valideynlərinin etirazı daha geniş xarakter alır. Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, noyanbrın 24-də övladları döyüş şəraitində ölən hərbçilərin anaları Nazirlər Kabinetinin binası önündə aksiya keçiriblər.

Onların fikrincə, hərbi xidmət zamanı ölən, yaxud yaralanan hərbçilərin ailələrinə yardım fonduna işləyən hər kəsin əmək haqqından ayda tutulacaq 1000 dram (2 dollara yaxın) bu məqsədlə istifadə olunmayacaq.

«Görün, nə baş verir? Yoxsul xalqdan 1000 dram yığmaqdansa, oğurladıqlarını qaytarsınlar. Onlar bu vəsaiti də sovuracaqlar. Deyəcəklər ki, əsgər sərhəddə intihar edib, bunu bəhanə edib həmin vəsaiti mənimsəyəcəklər», - 2010-cu ildə Qarabağda ölən əsgər Artur Qazaryanın anası deyib.

Onun sözlərinə görə, Ermənistanın baş prokuroru Artur Davtyan ölən əsgərlərin valideyinlərinin hər biri ilə ayrılıqda görüşməyə söz versə də, buna əməl etmir.

«Məgər Davytan mənim oğlumun hansı şəraitdə ölməsindən xəbəri yoxdur? Orada hər şeyi bilirlər. Unutmasınlar, nə qədər ki sağam, oğlumun ölümünə görə qisas almağa çalışacağam. Onun qanı bunların əlindən silinməyəcək. Onların nə etməsindən asılı olmayaraq, axıra qədər gedəcəyəm», - Qazaryan vurğulayıb.

O, aksiya zamanı baş prokurorun müavini Armen Arutyunyanın hökumətin binasından çıxdığını görüb yaxınlaşmaq istəyib. Ancaq təhlükəsizlik xidmətinin əməkdaşı buna imkan verməyib.

Bununla da kifayətlənməyən həmin əməkdaş Qazaryanın oğlunun fotosunu əlındən çəkərək cırıb və yerə atıb.

«Mənim oğlumu kimin öldürdüyünü bilməyə haqqım yoxdur?», - erməni qadın deyib.

«20 il ərzində dinc şəraitdə orduda nə qədər ölən olub, bu işlərin hamısının üstü açılacaq. Bunlar zəncirvari cinayətkarlardır – müdafiə naziri və baş prokuror», - bunu isə dinc şəraitdə orduda ölən hərbçi Arman Muradyanın atası Ovsep Muradyan bəyan edib.

O, qeyd edib ki, keçmiş müdafiə naziri Seyran Ohanyan da cinayətkardır.

Ohanyanın müxalif mövqedən çıxış etmək niyyətinə gəldikdə, Ovsep Muradyan deyib ki, bu oyundur: «Seyran Ohanyan heç vaxt müxalifətçi ola bilməz. Çünki hakimiyyət Ohanyanın «quyruğundan» yapışıb, onu istədikləri kimi fırladacaqlar. Bu yalnız xalqın gözünə kül üfürmək olacaq», - Muradyan bildirib.