
“Azərbaycanla fikir ayrılığımız yoxdur”
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Pashinyan imicə yatırım edib, reallıqdan qaçmaqda ittiham edilir
Atası kimi fırıldağa meylli David Ruben qədər istedadlı deyil
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
Rejimin səlahiyyətliləri ucdantutma türk düşmənləridir
Nikol öz xalqını daha yaxından tanıdıqca, dəhşətə gəlir...
Yaxud Zatulinin saxtakar ampluası
Erməni mövqelərinin ölkə daxilinə geri çəkiləcəyi üçün proses uzanır
Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb?
.. Yaxud, dəhşətli videogörüntülər Bakıda mühakimə olunanları niyə qorxuya salıb?
... Yaxud müqəddəs gündə quduzlaşan “din xadimləri”
Və yaxud, Paşinyan niyə Parisin yox, məhz Bakının verdiyi “yol xəritəsi” əsasında hərəkət etməlidir?
Müharibə cinayətləri törətməkdə təqsirləndirilənlərin məhkəməsi açıq və şəffaf gedir
Ermənistan referendumu 2026-da keçirəcək
Fürsətdən maksimum yararlanmalıyıq
SSRİ vaxtı Türkiyə sərhədi boyunca tikilən laboratoriya ABŞ-ın nəzarətinə keçir
Dünən beynəlxalq siyasi arenada iki əhəmiyyətli hadisə baş verdi. Bunlardan biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçirilən sammiti, digəri isə Avropa Parlamentinin Rusiyanı “Terroru Himayə Edən Dövlət” kimi tanıması idi. Əslində, bu iki hadisə arasında əlaqə tapmaq da mümkündür. Bildiyiniz kimi, G-20-nin İndoneziyada keçirilən sammitinə Rusiya prezidenti getməmiş, onu xarici işlər naziri Sergey Lavrov əvəz etmişdi. Amma o da Balidə cəmi 1 gün qalmış və sammitin sonunu gözləmədən oranı tərk etmişdi. İrəvana isə Rusiya prezidenti Vladimir Putin özü təşrif buyurdu və burada da xoş olmayan sürpirizlərlə qarşılaşdı. Ermənistan paytaxtında təşkil olunan mitinqlər və Rusiyaya və onun prezidentinə ünvanlanmış aşağılayıcı şüarlar və Ukrayna bayraqları məsələnin görünən tərəfidir. Amma görünməyən tərəfləri də ürəkaçan olmayıb.
Təşkilatın İrəvandakı iclasında iştirak etməkdə Putinin əsas məqsədi KTMT-ni ən azı 2023-cü ilin noyabrına qədər saxlamaqdır. Məhz bu xahişlə Rusiya prezidenti Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev və Ermənistan prezidenti Nikol Paşinyana müraciət edib. Putin Qazaxıstan və Ermənistan liderlərindən gələn ilin noyabrına qədər KTMT-yə üzvlüklərini dayandırmamağı xahiş edib. Artıq məlumdur ki, Tokayev Putinin xahişlərini “düşünməyə” və “nəzərə almağa” söz verib, Paşinyan isə Rusiya prezidentinin xahişlərini cavabsız qoyub. KTMT-nin İrəvan sammiti Putin üçün bu il prezidentin iştirak etdiyi ən çətin siyasi hadisələrdən biri olub. Məsələ o qədər də KTMT-dən çıxmağa tələsən, imkandaxilində bu qurumu tez tərk etmək istəyən Qazaxıstan və Ermənistan liderlərinin mövqelərində deyil, Rusiyanın Ukrayna müharibəsində məğlubiyyətinin təşkilatın mövcudluğu ilə bağlı istənilən perspektivlərə avtomatik olaraq son qoymasının qaçılmaz olmasının ümumi anlayışındadır. KTMT-nin taleyinin Ukraynadakı vəziyyətdən asılı olduğunu yüksək səslə dilə gətirən Lukaşenko sammitin bütün iştirakçılarının beynində olanları çılpaqlığı ilə qeyd edib. Lakin Lukaşenko bir neçə nəfərin yanında “Volodya narahat olma, KTMT-dən axırıncı çıxan mən olacağam” deyərək daha bir təəccüblü bəyanatla Putini təəccübləndirib. Sonra bir az düşünüb və əlavə edib: “Yaxud birincisi”. İştirak edənlər eyni zamanda gülüblər, amma məsələ ondadır ki, Lukaşenkonun bəyanatı zarafat deyil, yüksək səviyyəli təhlükə duyma hissi olan insanın reallığına baxışdır.
Sammit iştirakçılarının Putinlə ünsiyyətdən kənar müzakirə etdikləri əsas məsələ isə Avropa Parlamentinin Rusiyanı “terrorizmi himayə edən dövlət” kimi tanıyan qətnamə qəbul edilməsi və bununla bağlı eyni təşkilatda olma riskləri olub. Doğrudan da, Putin üçün çətin günlər gəlir, ətrafındakı hər şey dağılmağa başlayır, tərəfdaşlar üz döndərirlər, keçmiş dostlar istəkləri rədd edir və qəribəsi budur ki, bütün bunları günahı onun özündədir, o özü şəxsən bunun üçün hər cür “səy göstərib”.